Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 21:52

HRW Bakıda mülkiyyət hüquqları pozuntusuna son qoymağa çağırır


Bakıda Xaqani küçəsində dağıdlan bina, mart 2008
Bakıda Xaqani küçəsində dağıdlan bina, mart 2008
Azərbaycan hökuməti Bakının «gözəlləşdirilməsi» adı altında paytaxt sakinlərini qanunsuz olaraq mülkiyyətdən məhrum etməyi, məcburi evlərindən köçürməyi və evlərinin söküntüsünü dərhal dayandırmalıdır.

«Human Rights Watch» beynəlxalq hüquq müdafiə təşkilatının bu gün yaydığı bəyanatda belə deyilir.

Təşkilat qeyd edir ki, hökumət zorla evlərindən çıxarılanlara təzminat ödəməlidir.

Bir müddətdir ki, Bakıda «Qış Parkı»nın salınması ilə əlaqədər Şəmsi Bədəlbəyli küçəsindəki evlərin söküntüsünə başlanıb. Dünən isə ofisləri həmin küçədə yerləşən yerli hüquq müdafiəçiləri söküntüyə etiraz olaraq divarlara təşkilatların adlarını yazıb. Bir müddət sonra əraziyə gələn polis yazıların silinməsini tələb etsə də, xarici diplomatlar gəlişindən sonra ərazini tərk ediblər.

Human Rights Watch təşkilatı iyunun 10-da prezident İlham Əliyev və Bakı Şəhər İcra Hakimiyyətinə məktub yazaraq, prezidenti şəhər mərkəzində yüzlərlə özəl evin sökülməsi, insanların mülkiyyət hüquqlarının pozulmasına müdaxilə etməyə çağırıb.

İki illik söküntü kampaniyası yüzlərlə, minlərlə şəhər sakinini evindən məhrum edib və şəxsi mülkiyyət hüququnun pozulmasına səbəb olub, deyə təşkilat bildirir.

Təşkilatın Avropa və Mərkəzi Asiya üzrə araşdırmaçısı Jane Buchanan bildirib ki, «Azərbaycan hökuməti «gözəlləşdirmə» layihəsi adı altında Bakıda təkcə evləri deyil, insanların həyatını da dağıdır».
XS
SM
MD
LG