Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 10:39

L. Ter-Petrosyan: “Qarabağda 13 il əvvəlki istəklərimizi çətin ala bilərik”


Ermənistanın keçmiş prezidenti Levon Ter-petrosyan
Ermənistanın keçmiş prezidenti Levon Ter-petrosyan

İyunun 23-də “Moskovskie Novosti” qəzeti Ermənistanın keçmiş prezidenti Levon Ter-petrosyanla müsahibə çap edib. Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Kazan görüşü ərəfəsində verilən bu müsahibəni qısa ixtisarla təqdim edirik:

-... Ermənistan üçün Müstəqil Dövlətlər Birliyi (MDB), yoxsa, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) mexanizmləri daha vacibdir?

- ... KTMT sadəcə bir detaldır, onunla bir şey dəyişməz. KTMT real olaraq harada istifadə edilib? İndiyə qədər bir dənə də belə hal olmayıb, yəqin heç olmayacaq da. Qarabağ məsələsi ilə KTMT arasında heç bir şəkildə əlaqə yoxdur. KTMT MDB-nin xarici sərhədlərinin qorunmasına dair razılaşmadır.

Çoxları düşünür ki, birdən Qarabağda müharibə olsa, Rusiya KTMT –nin üzvü olan erməni tərəfi müdafiə etməlidir. Yanlış anlamadır (KTMT-dən mümkün Qarabağ münaqişəsində istifadə edilməsi imkanı – red.) və nədənsə, hətta, ekspertlər də həqiqəti bilmirlər. Bu olduqca təhlükəli yanlışlıqdır. Rusiyanın belə bir öhdəliyi yoxdur.
- ... Serj Sarkisyanın administrasiyası Türkiyə ilə əlaqələrə başlayanda Siz demişdiniz ki, Ermənistanın istənilən prezidenti bunu etməlidir...
Çoxları düşünür ki, birdən Qarabağda müharibə olsa, Rusiya KTMT –nin üzvü olan erməni tərəfi müdafiə etməlidir. Bu olduqca təhlükəli yanlışlıqdır. Rusiyanın belə bir öhdəliyi yoxdur.

- Bəli, belə də edilməlidir və ediləcək də.
- Amma Sarkisyan bu istiqamətdə nəyi düzgün etmədi?

- O, hər şeyi düzgün etdi, bu məsələni gündəlikdə saxlamaq lazımdır. Çünki erməni-türk münasibətləri nizamlanmadan Ermənistanın inkişaf perspektivləri yoxdur.
- Sərhədlərin açılmasına dair Sizin “yol xəritəniz” varmı?

1992-ci ilə qədər Türkiyə ilə bütün məsələlər normal qaydada gedirdi. Biz diplomatik əlaqələr qurmağa hazır idik. Hətta, bununla bağlı protokolun layihəsi də hazır idi, həll ediləsi bir-iki məsələ qalırdı. Bu zaman Kəlbəcərdə döyüşlər başladı və türklər Azərbaycanla həmrəylik əlaməti kimi müzakirələri dayandırdılar və sərhədləri bağladırlar.

İndi bu bizə lazımdırmı, türklər bütün Qarabağ probleminin həll edilməsinə qədər heç bir nizamlanmaya getməyəcəklərini deyirlər. Bildirirlər ki, Qarabağ problemi həll edilsin, ertəsi gün sərhədlər açılacaq, başqa problem yoxdur.
- Bu problemin həlli yolunu bilirsinizmi?

- Mən bu iki məsələ arasında əlaqə görmürəm, Qarabağ problemi Türkiyənin istəyindən asılı olmayaraq mövcuddur.
- Nə zamansa Ermənistan diplomatiyası bu iki məsələni bir-birindən ayıra və Qarabağ problemindən asılı olmayaraq, Türkiyə ilə münasibətlərin normallaşdırılmasına dair müzakirələri başlamağa nail olubmu?

- Olmayıb, yalnız Kəlbəcərə qədər bu müzakirələr vardı. Biz türklərə başa salmağa çalışıdrıq ki, bu iki problem arasında heç bir əlaqə yoxdur.

Türklər bu məsələdə həqiqətən də səhv edirlər, bununla onlar Azərbaycana kömək etmir, daha çox ziyan vururlar. Azərbaycanlıları inandırıblar ki, Türkiyə onların müttəfiqidir, onların arxalarında dayanıb, beləliklə də Bakı Qarabağ məsələsində daha inadkar olur. Bu da Qarabağda ikinci müharibəyə və Azərbaycanın daha beş rayonu itirməsinə gətirib çıxardı. Buna görə Türkiyənin də günahı var. Türkiyə Azərbaycana reallıqları anlamağa, onun hansısa güzəştlərə getməsinə kömək edə bilər. Tələb ediləndə bəlkə daha az güzəştə gedə bilərdilər, nəinki indi.
- Qarabağ məsələsi necə həll edilə bilər?

...indi bizim əhalinin sayı 2.5 milyon nəfərdir, o zaman isə 3.5-4 milyon idik. Bax, budur, itirdiyimiz.
Əvvəlki ovqatımız, gücümüz qalmayıb. O zaman Azərbaycan və Ermənistan təxminən eyni səviyyədə idi, hətta, makroiqtisadi göstəricilərinə görə Ermənistan daha üstün idi..
..

-... Belə bir variant var idi. Azərbaycanla Ermənistan arasında ərazi mübadiləsinə dair sənədlər də var. Orada nəzərdə tutulurdu ki, Qarabağ Ermənistanla bağlanır, Naxçıvan isə Meğri dəhlizi vasitəsilə Azərbaycanla.

Amma mən, bu variantı qəbul etmədim. Çünki strateji cəhətdən Ermənistanın İranla sərhədinin olması, hətta Qarabağdan da vacibdir. Bu variantda isə Ermənistanın İranla sərhədi əlindən çıxırdı.

Təəssüf ki, son 13 ildə çox şey itirilib. İtirilən təkcə zaman və Ermənistanın inkişaf imkanları, ölkəni tərk edən insanlar deyil.

Biz 1998-ci ildə münaqişənin həllinə yaxın idik. Əvvəl paket həll variantı var idi. Qarabağlılar onu qəbul etmədilər, Azərbaycan qismən razı idi, biz isə rəsmən razılığımızı vermişdik.

O zaman ATƏT-in Minsk Qrupunun həmsədrləri həmin variantı bütün üç tərəfə göndərmişdi. Tərəflərdən hər hansı biri (o cümlədən də Qarabağ) ona razılıq verməsə idi, sənəd qüvvədən düşürdü.

Sonra mərhələli variant gündəliyə gəldi. Bu, demək olar ki, hazırda müzakirə edilən Madrid Prinsipləri idi. Bu sənəddə aşağıdakılar nəzərdə tutulur:

  • Laçın və Kəlbəcər istisna olmaqla işğal altında olan rayonlardan beşinin – bizim sözlərimizlə azad edilmiş ərazilər – geri qaytarılması,
  • Qarabağın bütün sərhədləri boyu sülhü mühafizə qüvvələrinin yerləşdirilməsi və yolların açılması.
  • Qarabağa aralıq statusun verilməsi (o zaman bu məsələ yox idi),
  • Dağlıq Qarabağın bütün dövlət orqanlarının, o cümlədən də ordusu və polisinin saxlanması,
  • Azərbaycanın onun daxili işlərinə qarışmaması və
  • Qarabağın gələcək statusuna dair danışıqların başlanması

Bu kimi məsələlər o zaman da var idi.

Amma indi bizim əhalinin sayı 2.5 milyon nəfərdir, o zaman isə 3.5-4 milyon idik. Bax, budur, itirdiyimiz.

Amma əgər bu proses də ciddi uğurlar gətirməsə, onda yeni müharibə mümkündür. Sadəcə olaraq Azərbaycanın hövsələsi daralır. Əgər müharibə olsa, bunu Azərbaycan başlayacaq. Ən təhlükəlisi də odur ki, Azərbaycanı heç kim çəkindirə bilməz...

İndi hər şey əvvəlkindən daha çətindir. Əvvəlki ovqatımız, gücümüz qalmayıb. O zaman Azərbaycan və Ermənistan təxminən eyni səviyyədə idi, hətta, makroiqtisadi göstəricilərinə görə Ermənistan daha üstün idi.

İndi nəyimiz var? 13 ildən sonra Azərbaycanda ümumi daxili məhsul Ermənistandan beş dəfə artıqdır, büdcəsi beş dəfə çoxdur, hərbi xərcləri 10 dəfə artıqdır. Əlbəttə, belədə Bakı daha təkəbbürlü, tələbkar olacaq.

O zaman əldə edə biləcəklərimizi indi almaq çox çətindir.

Yalnız Dağlıq Qarabağın statusuna dair referendum ideyasını inkişaf etdirmək olar. Amma bu məsələ də hələ dəqiq deyil. İndi hətta referendum sözündən də imtina edir, bunun əvəzində isə plebistist – xalq sorğusu kimi heç bir hüquqi nəticəsi olmayan şeylərdən danışırlar.

- Qarabağa dair Sizin proqnozunuz nədir, yeni müharibə alovlana bilərmi?

Məndə belə təəssürat var ki, Qərb bu münaqişənin həllinə kifayət qədər səy göstərmir. Sanki bu, prioritet deyil. ABŞ-ın başqa böyük problemləri var: İraq, Əfqanıstan, İran, Şimali Koreya və s. O biri yandan da Rusiyaya daha fəal rol oynaması üçün şərait yaradır.

Son iki ildə Rusiya bu məsələdə çox fəal siyasi rol oynayır. Prezidentlərin üçtərəfli görüşləri keçirilir, birgə bəyannamələr qəbul edilir. Qarabağ probleminin həllində təşəbbüs Rusiyanın əlinə keçir. Moskvanın şansı var. Əminəm ki, əgər bütün tərəfləri qane edərsə, Qərb də münaqişənin bu yolla həllinə qarşı çıxmaz.

Amma əgər bu proses də ciddi uğurlar gətirməsə, onda yeni müharibə mümkündür. Sadəcə olaraq Azərbaycanın hövsələsi daralır. Ermənistan heç vaxt müharibəyə əl atmaz. Əgər müharibə olsa, bunu Azərbaycan başlayacaq. Ən təhlükəlisi də odur ki, Azərbaycanı heç kim çəkindirə bilməz.

- Rusiya həmişə bildirir ki, onun Qafqazda yeganə müttəfiqi Ermənistandır, amma eyni zamanda da Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlıq qurur.

Axı biz Qarabağın özünüidarəsinin tərəfindəyik. O halada Ermənistan beynəlxalq danışıqlarda Qarabağı necə təmsil edə bilər? Qarabağın özü iştirak etmədən necə Ermənistan onun taleyinə dair Azərbaycanla razılaşma imzalaya bilər? O halda özünüidarə harada qaldı?

- Elə məhz bu məqam Rusiyaya faydalıdır. Əgər hər iki tərəf səninlə dost olmağa çalışırsa, onda sən ən yaxşı vasitəçisən. Bu qanundur. Amma tərəflərin etibarını istifadə etmədən də mümkündür.
- Qarabağın özünün sülh danışıqlarında iştirak etməməsi pisdirmi?

- Bu dəhşətdir. Onun əldə edilməsi Ermənistan diplomatiyasının ən böyük qələbəsi idi, onun danışıqlardan kənar edilməsi isə ən böyük uğursuzluğu oldu.

Dörd il biz çalışmışdıq ki, Qarabağ da danışıqlarda tərəf olsun. 1994-cü ildə elə Rusiyanın köməyi ilə buna nail olmuşduq. Qarabağ danışıqlarda iştirak edən tərəf kimi beynəlxalq mandat almışdı. Müzakirələrdə iki erməni tərəf, bir də Azərbaycan iştirak edirdi.

Bu, prinsip məsələsidir. Axı biz Qarabağın özünüidarəsinin tərəfindəyik. O halada Ermənistan beynəlxalq danışıqlarda Qarabağı necə təmsil edə bilər? Qarabağın özü iştirak etmədən necə Ermənistan onun taleyinə dair Azərbaycanla razılaşma imzalaya bilər? O halda özünüidarə harada qaldı?


HƏMÇİNİN OXUYUN:
ABŞ, Rusiya və Fransa Qarabağ nizamlanmasını tezləşdirməyə çağırır
lham Əliyev Baza Prinsiplərinin qəbul edilə biləcəyini deyir
A.Əzimov Kazan görüşündən ciddi nəticələr gözləmir
ABŞ Qarabağa dair Baza Prinsiplərini dəstəkləyir
ABŞ səfiri: «Barak Obamanın Kazan görüşünə olan ümidlərini bölüşürəm»
Novruz Məmmədovun Kazan görüşündən gözlədikləri
Türkiyə prezidentlərin Kazan görüşündən yüksək nəticələr gözləyir
XS
SM
MD
LG