Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 14:25

Korrupsiya ilə bağlı daha bir addım


Arxiv foto
Arxiv foto
Azərbaycandan kənarda korrupsiya cinayəti törətmiş ölkə vətəndaşları xarici dövlətdə məhkum olunmadığı halda Azərbaycan Cinayət Məcəlləsi ilə cinayət məsuliyyətinə cəlb olunacaqlar. Parlamentin iyunun 24-də keçirilən növbədənkənar iclasında Cinayət Məcəlləsinə bu barədə əlavə və dəyişikliklər edilib.

Dəyişikliklərə görə, Azərbaycan vətəndaşları və ölkədə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdikləri korrupsiya cinayəti və qulluq mənafeyi əleyhinə olan digər cinayətə görə xarici dövlətdə məhkum olunmayıblarsa, Cinayət Məcəlləsi əsasında cinayət məsuliyyətinə cəlb ediləcəklər.

Anspress-in məlumatına görə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycandan kənarda beynəlxalq təşkilatların vəzifəli şəxsləri, beynəlxalq parlament assambleyalarının üzvləri, beynəlxalq məhkəmələrin vəzifəli şəxsləri və hakimləri olan Azərbaycan vətəndaşlarının iştitarkı ilə korrupsiya cinayəti və qulluq mənafeyi əleyhinə olan digər cinayəti törətdikləri halda və həmin cinayətə görə xarici dövlətdə məhkum olunmadıqda, bu məcəllə əsasında cinayət məsuliyətinə cəlb ediləcəklər.

Digər bir dəyişiklikdə isə «külli miqdar» ifadəsi «5 min manatdan artıq olan məbləğ» ifadəsi ilə əvəz edilib.
XS
SM
MD
LG