Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 13:14

Bəxtiyar Hacıyev haqqında hökm qüvvədə qaldı


Bəxtiyar Hacıyev haqqında hökm qüvvədə qaldı
Gözlə

No media source currently available

0:00 0:00:54 0:00
Direct-ə keçid

İyulun 6-da Gəncə şəhər Apelyasiya Məhkəməsi gənc fəal Bəxtiyar Hacıyevin 2 illik həbsindən verilən şikayətə baxıb.

İyulun 6-da Gəncə şəhər Apelyasiya Məhkəməsi gənc fəal Bəxtiyar Hacıyevin 2 illik həbsindən verilən şikayətə baxıb. Hakim Çingiz Məmmədov əvvəlki instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Bəxtiyar Hacıyev
Hərbi xidmətdən yayınmaya görə azadlıqdan məhrum edilən B. Hacıyev AzadlıqRadiosuna deyib ki, barəsində verilən qərarlardan sonra ölkəsinə inamı qalmayıb:

«Bir gənc vətəndaş kimi öz ölkəmdə ədalətə inamım itib. İnamım ancaq Avropa Məhkəməsinədir. Hakimiyyət başa düşməlidir ki, mənim kimi fərqli düşüncəli gəncləri kənara itələməkdənsə, onları həbs etməkdənsə, dinləmək daha xeyirli olar. Bu, dövlət üçün də xeyirli olardı».

ALİ MƏHKƏMƏYƏ ŞİKAYƏT SƏNƏDLƏRİ HAZIRLANIR

Hüquq müdafiəçisi İntiqam Əliyev deyir ki, artıq Bəxtiyar Hacıyevin işi üzrə Apelyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kasasiya şikayəti hazırlanır. Həmçinin, paralel olaraq Avropa Məhkəməsinə də şikayət veriləcək:

«Apelyasiya məhkəməsinin istintaqsız proses aparması, vəsatətlərin ləğv edilməsi və sair kobud qanun pozuntuları əvvəlki instansiya məhkəməsinin qərarını qüvvədə saxlayacağı barədə proqnoz verirdi. Ancaq yenə də ümidimizi itirmirik. Artıq Ali Məhkəməyə sənədləri hazırlayırıq. Eyni zamanda da Avropa Məhkəməsinə. Əslində, Avropa Məhkəməsinə Ali Məhkəmənin qərarından sonra şikayət vermək olar.
Solidə Mövlayeva
Ancaq biz bildirəcəyik ki, əvvəlki məhkəmələrin ədalətsiz keçirilməsi belə addım atmağa vadar edib».

QANUNLAR GET-GEDƏ ƏYİLİR

B. Hacıyevin anası Solidə Mövlayeva AzadlıqRadiosuna deyib ki, indiyədək olan məhkəmə proseslərindən sonra Ali Məhkəmənin də qərarından yaxşı nəticə gözləmir:

«Apelyasiya məhkəməsi hökmü qüvvədə saxladı. Belə də gözləyirdim. Bəxtiyar siyasi sifarişlə həbs edilib. Apelyasiya məhkəməsi heç bir qərarı dəyişmədi, heç bir vəsatəti qəbul etmədi. Ali Məhkəmədən də heç nə gözləmirəm. Qanunlar hələ ki, əyilir. Əvvəl deyirdim «Allah gənclərimizi bu hakimiyyətdən qorusun». İndi deyirəm «hakimiyyəti gənclərdən qorusun»».

B. Hacıyev Cinayət Məcəlləsinin 321.1-ci (qanuni əsas olmadan hərbi xidmətdən yayınma) maddəsi ilə ittiham olunur. Mayın 18-də Gəncənin Nizami rayon Məhkəməsi onun barəsində 2 il azadlıqdan məhrumetmə qərarı çıxarmışdı.
XS
SM
MD
LG