Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 15:11

Mövsüm Səmədov ev dustaqlığına buraxılmadı


Mövsüm Səmədov
Mövsüm Səmədov

İyulun 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakimiyyəti zorla ələ keçirməkdə və terrora hazırlıq görməkdə ittiham olunan İslam Partiyasının sədri Mövsüm Səmədov və bu partiyanın 6 üzvünün işi üzrə hazırlıq iclası davam edib.

VƏKİL HEÇ OLMASA EV DUSTAQLIĞI TƏLƏB EDİR

İclas başlanan kimi təqsirləndirilən Zülfüqar Mikayılov deyib ki, dövlətin verdiyi vəkil Gülsüm Salmanovadan imtina edib və vəkil Rüstəm Zülfüqarovla müqavilə bağlayıb.

Mövsüm Səmədovun vəkili Anar Qasımov isə müdafiə etdiyi şəxslə bağlı cinayət işinə xitam verilməsi barədə ötən iclasda qaldırdığı tələbini təkrar edib. O, vəsatətini belə əsaslandırıb ki, Mövsüm Səmədova verilmiş ittihamlarla bağlı kifayət qədər sübutlar yoxdur. Prokuror Vüqar Quliyevsə məhkəmədən vəsatətin təmin olunmamasını xahiş edib. Deyib ki, sübutların olub-olmadığı məhkəmə araşdırmasında üzə çıxacaq.

Birinci vəsatətin təmin olunmadığını görən vəkil ikinci vəsatətini təqdim edib. Bu dəfəki vəsatət Mövsüm Səmədov barəsindəki həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı olub:

“Mövsüm Səmədov partiya sədridir və onun cinayətdən yayınması üçün qaçıb gizlənməsi barədə səslənən iddialar əsassızdır. Çünki o, mübarizə aparır və öz fikrindən daşınmır. Mövsüm Səmədovun məqsədi siyasi hakimiyyətə gəlmək deyil, hicabın qadağan edilməsinə etiraz etmək olub. Buna görə də həbs edilib”.

“SƏMƏDOV EV DUSTAQLIĞINA BURAXILARSA, ŞAHIDLƏRƏ TƏZYIQ GÖSTƏRƏ BILƏR”

Prokurorsa bildirib ki, cinayət işinin materiallarında hicabın qadağan edilməsindən və siyasi iddialardan söhbət getmir:

“İttihamlarda konkret cinayətlərdən söhbət gedir. Həbs qərarı dəyişdirilərsə, Mövsüm Səmədov ev dustaqlığına buraxılarsa, şahidlərə təzyiq göstərə bilər”.

Vəkilin bu vəsatəti də təmin olunmayıb. Digər dustaqların vəkilləri də eyni vəsatətlərlə çıxış ediblər və məhkəmə vəsatətlərini təmin etməyib.

Vəsatətlərin təmin olunmamağına təqsirləndirilən şəxs Fəramiz Abbasovun münasibəti belə olub:Anamın həyətinə silah qoyublar. Niyə silahda əl izi axtarmırsınız? Mən cinayət törətməmişəm ki, sizdən də xahiş edəm. Mən tələb edirəm, məni azad edin”.

Hakim Zülfüqar Mikayılovun, Firdovsi Məmmədrzayev və Dəyanət Səmədovun vəkillərinin vəsatətlərinin dinlənilməsi üçün hazırlıq iclasının davamını iyulun 21-nə təyin edib.

İslam Partiyası fəallarına qarşı bu ittihamlar yerli qanunverciliklə ağır cəzalar nəzərdə tutan ittihamlardır. Onlar on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum edilə bilər. Amma özləri ittihamları rədd edirlər.

M. Səmədov yanvarın 2-də partiyasının iclasında orta məktəb şagirdlərinə hicab geyməyin qadağn edilməsinə görə hakimiyyəti sərt tənqid etmişdi. İndi tərəfdalrarı əslində partiya fəallarının əslində bu çıxışa görə tutuduqlarını deyirlər.
XS
SM
MD
LG