Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:23

Naxçıvanda soğan əlahiddə qiymətə


Naxçıvan şəhər bazarı
Naxçıvan şəhər bazarı
Naxçıvan Muxtar Respublikasında soğanın qiyməti son bir həftə ərzində 5-6 dəfə bahalaşıb.

Bu haqda AzadlıqRadiosuna Naxçıvan sakinləri məlumat veriblər.

Naxçıvan şəhər bazarında kənd təsərrüfatı məhsullarının topdansatışı ilə məşğul olan Rasim Əliyev deyir ki, qiymətin bahalaşmasına səbəb Türkiyə və İran gömrük məntəqələrindən soğanın Naxçıvana buraxılmamasıdır:

«HEÇ CİBİNDƏ DƏ BİR ƏDƏD SOĞAN KEÇİRƏ BİLMƏZSƏN»

«Bizimkilər Türkiyədən və İrandan soğan buraxmırlar. Elə göstəriş verilib ki, heç cibində də bir ədəd soğan keçirə bilməzsən. Guya məqsədləri budur ki, yerli məhsul satılsın. Amma yerli soğan da hələ çıxmayıb. Ona görə bahalıqdır. 2 manata, 3 manata, bəzi yerlərdə hətta bundan da bahadır. İstəsələr, buraxarlar, ucuzluq olar. Başa düşə bilmirik niyə buraxmırlar? Üç manata da satılanlar yetişməmiş soğanlardır. Göy-göy bazara çıxarırlar. Yerli məhsulun satışını təmin etmək adı altında qiyməti qaldırmaq istəyirlər. Qiymət qalxandan sonra özləri gətirib bazarda baha qiymətə satacaqlar».

Soğanın qiymətinin bahalaşması yerli alıcılara daha pis təsir edir. Alıcı Həsənalı Məhəmmədov deyir ki, qiymət bahalaşdığından bu gün evə soğansız qayıtmalı olacaq:

«SANKİ, SOĞAN YOX, QIZIL SATIRLAR»

«Evdən tapşırmışdılar soğan alım. Bazarlarda qəhətə çıxıb soğan. Axtara-axtara gəlib çıxmışam şəhər bazarına. Burada qiyməti gördüm, şoka düşdüm. Sanki, qızıl satırlar. 3 manata da soğan olar? Hər şeyi monopoliyaya almışdılar, qalmışdı soğan. Özləri qəsdən buraxmırlar gömrükdən ki, qiymət qalxsın, camaat əzab çəksin. Bu qiymətə soğan almağa imkanım
Məhəmməd Talıblı
çatmır».

Məsələyə aydınlıq gətirmək üçün Naxçıvan Muxtar Respublika Kənd Təsərrüfatı Nazirliyi və Naxçıvan Gömrük Komitəsi ilə əlaqə saxladıq. Hər iki qurumdan buna münasibət bildirmək istəmədilər.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyindən isə Naxçıvanda soğanın qiymətinin bahalaşmasından xəbərsiz olduqlarını bildirdilər.

İqtisadçı Məhəmməd Talıblı isə Naxçıvanda soğanın qiymətinin paytaxt Bakıya nisbətən təxminən 5-6 dəfə baha olmasını anormallıq sayır:

«İQTİSADİ MƏNTİQİ OLMAYAN ANORMAL BİR SİYASƏTDİR»

«Bəzi ölkələrin təcrübəsində də var ki, bir çox yerli məhsulların satışını təmin etmək üçü eyni addakı məhsulların xaricdən ixracına embarqo qoyulur. Yerli məhsulların satışına bu yolla o vaxt şərait yaradılır ki, həmin yerli istehsal stimullaşsın. İndiki halda Naxçıvanda yerli istehsal yoxdur. Buna görə də nəinki idxalın qarşısı alınmalıdır, üstəlik, gömrüklərdə rüsum qiymətləri aşağı salınmalıdır ki, daxildə ucuzluq olsun. Mənə elə gəlir ki, bu, daha çox şəxsi maraqlarla bağlıdır. İqtisadi məntiqi olmayan anormal bir siyasətdir. Bu sistemsiz bir idarəetmənin nəticəsidir. Bu işdə maraqlı olan bəzi dairələr öz məhsullarını 10-15 gün sonra bazara çıxaranda, indiki qiymətdən bir neçə qəpik ucuz satacaqlar. Alıcı da buna sevinəcək. Bu yolla həm də alıcıya psixoloji təsir də edirlər».

«AZADLIQ BÖLGƏLƏRDƏ» RUBRİKASINDA SONRAKI GÜNLƏRDƏ

Qobustan: İcra hakimiyyətinə şikayətə gedən qadınlara necə humanistlik göstərildi?

Gəncə: Virusa yoluxanlara nədən təxmini diaqnozlar qoyulur?

Astara: 3 ay əvvəl prezidentin iştirakı ilə açılan Şahağacı yoluna yamaq vurulur…
XS
SM
MD
LG