Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 14:37

Vidadi İsgəndərli aclıq aksiyasını dayandırıb


Vidadi İsgəndərli
Vidadi İsgəndərli
Həbsdə olan hüquq müdafiəçisi Vidadi İsgəndərli iyulun 28-dən başladığı aclıq aksiyasını iyulun 30-da dayandırıb.

Bu haqda məhkəmədə Vidadi İsgəndərlinin özü məlumat verib. O deyib ki, aclıq aksiyasını saxlanma şəraitinin ağır olmasına görə keçirib.

Göyçay rayon Məhkəməsində avqustun 2-də davam etdirilən məhkəmə prosesində zərərçəkən və şahidlər dindirilib. Zərərçəkənlərdən biri Şərafəddin Bayramov bildirib ki, o, Vidadi İsgəndərlini tanımır:

«Mən istintaqda başqa söz demişəm, müstəntiqlər başqa şey yazıblar».

Məhkəmə prosesi şahid ifadələri ilə davam edir.

Vidadi İsgəndərli CM-nin 159.3-cü (vətəndaşı öz iradəsinə zidd səs verməyə məcbur etmə və ya onun səs verməsinə mane olma) və 160.1-ci (seçki komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərmə) maddələri ilə təqsirləndirilir. Müdafiə tərəfi ittihamları saxta adlandırır.
XS
SM
MD
LG