Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 10:31

Lahıcın əzablı yolları...


Lahıcda qız toyu
Gözlə
Embed

No media source currently available

0:00 0:02:36 0:00
Direct-ə keçid

Lahıc qəsəbəsində "Palatka toyu"ndan görüntülər


Dəniz səviyyəsindən təxminən 1500 metr yüksəkliyədir yolumuz –1500 illik tarixi olduğu deyilən Lahıc qəsəbəsinə. Sıldırımlı yollar bizi tarixin qucağına itələyirdi...

LAHICIN YOLLAR BURMA-BURMADIR...

İsmayıllıdan Lahıca gedən yolu hələ Sovet dövründə çəkməyə başlayıblar. Hər dəfə necə deyərlər bir «əmma» çıxıb və yol yarımçıq qalıb.

71 yaşlı təqaüdçü Fərəməz Ələkbərov:

«Bu camaat öz zəhməti ilə çaydan daş daşıyıb, döşəmə salıb, kanalizasiya çəkib. Amma dövlətimiz kəndə 19 kilometrlik asfalt sala bilmir...».
Lahıca aparan yol

Qəsəbəyə yetişəndə, sakinlərlə tanışlığım ağızlarından qopub qulağıma çatan yad kəlmələrlə başlandı. Lahıclılar öz aralarında əsasən tat dilində danışırlar. Yaxşı ki, təşvişim özünü doğrultmadı – burda müəyyən istisnalarla hər kəs Azərbaycanca da danışa bilir.

KEÇMİŞ DAR AĞACI MEYDANI

Lahıcda vaxtilə dar ağacı, daha sonra bazar yerləşən kiçik meydanı səs-küy bürümüşdü: gələn-gedən kim, qədimi paltarlarda şəkil çəkdirən kim, turistləri taksilərə səsləyən kim. Elə təəssürat yaranır ki, bir meqapolisə düşmüsən. Amma bu, bir həftəsonu yanılması oldu. Turistlər ki çəkildi, Lahıc sakinləri ovuc içinə sığar kimi göründü. Halbuki onların iddiasına görə, indi bütün Azərbaycanın cəmləşdiyi paytaxt Bakı vaxtilə əhalisinin sayına görə Lahıcdan geridə qalarmış .

LAHIC NİYƏ BOŞALIB?

Bəs bir zamanlar 18 min əhalisi olan Lahıc niyə boşalıb?

Lahıcda kimə mikrofon uzatdım bir ağızdan «İşsizlik» dedi! Fərəməz Ələkbərov gəncliyində yanğınsöndürmə müfəttişi işləyib. O, ata-baba yurduna istirahətə gəldiyini deyir:
«HEÇ OLMASA, KONSERV ZAVODU AÇSINLAR»

«60-cı illərdə cavanları burdan buraxmırdılar, burda şərait yaradırdılar. Amma indi buraxıblar sərbəst, burda şərait yox, zavodu yox, fabriki yox. Bu qədər təsərrüfatımız var, bir dənə heç olmasa, konserv zavodu açsınlar, cavan-cavan uşaqlar burdan çıxıb getməsinlər. Vaxtilə məktəbdə 700-800 şagird olub. İndi heç 100 nəfər də yoxdur...».

«HEÇ OLMASA, KONSERV ZAVODU AÇSINLAR»

«60-cı illərdə cavanları burdan buraxmırdılar, burda şərait yaradırdılar. Amma indi buraxıblar sərbəst, burda şərait yox, zavodu yox, fabriki yox. Bu qədər təsərrüfatımız var, bir dənə heç olmasa, konserv zavodu açsınlar, cavan-cavan uşaqlar burdan çıxıb getməsinlər. Vaxtilə məktəbdə 700-800 şagird olub. İndi heç 100 nəfər də yoxdur...».

«OYUNÇU APARSIN!»

«Oyunçu aparsın!». Lahıcda rast gəldiyimiz çayxanalardan eşidilir bu səs. 64 yaşlı
təqaüdçü Ramin Abbasov deyir ki, bir axtlar 120 növ sənətin inkişaf etdiyi qəsəbədə
İşsizlər gününü nərd, domino oynamaqla keçiri

işsizlər gününü nərd, domino oynamaqla keçirir. Ramin Abbasov da Lahıca ancaq yay aylarında gəlir:

«1200 nəfərin işlədiyi xalça sexi olub burda. Məhv elədilər. Onunla dolanıb bu qəsəbə. İndi qadınlar çıxıb gedib Bakıda işləyirlər.
Cavanlar da çıxıb gedirlər. Hara oldu...».

İCTİMAİ TUALET YOXDUR

Ramin dayı turizm mərkəzi elan edilən bir qəsəbədə ictimai tualetin olmamağından da gileylənir:

«Dur, qəsəbəyə gir, minə yaxın turist gəlir bura, tualet yoxdur. Pul ayırıblar, yeyiblər».

İŞSİZ LAHICLILAR NECƏ DOLANIR?

Hər halda Lahıcın bəxti yəqin ki, turizm zonası olmaqda gətirib. Vətəndaşlar qəsəbəyə gələn qonaqlara gecələməyə yer verməklə qazanc əldə edirlər. Ən ucuz otağın gecəsi 20 manatadır.

Lahıcda yaşayış evlərinin tikilişi də spesifikdir. Hər evdə «camaxatan» adlanan yer var – qalın divarların içində oyulmuş «şkaf». Divarın içindəki «şkaf»larda evin vacib əşyaları, gəlinlərin cehizləri saxlanılır.

Lahıcda az qala kasasız ev yoxdur. Evin dizaynında belə kasalar üçün divarda xüsusi yer ayrılıb.

«ÖVƏRƏ» YAXUD QADIN HAMAMI
Lahıcın tarixi evlərinin bir özəlliyi də qadınlar üçün hamamın olmasıdır. Sakinlərin «övərə» dedikləri ev hamamına 1 nəfər güclə sığışar.
Vətəndaşlar qəsəbəyə gələn qonaqlara gecələməyə yer verməklə qazanc əldə edirlər
Deyirlər ki, köhnə kişilər qadınlarının həyətdəki hamamda yuyunmasını xoşlamazmışlar. Ona görə də, hər evin yataq otağında «övərə» tikilibmiş...

LAHICDA YERALTI SULAR HARA AXIR?

Lahıclılar əsrlər əvvəl saxsı borularla çəkilmiş yeraltı su və kanalizasiya şəbəkəsindən ağız dolusu danışırlar. Bu sistem necə qurulubsa, indiyədək heç kəs çirkli suyun hara axıb töküldüyünü tapa bilmir.

- «Burda bu döşəmələrin hamısını camaat özü salıb. 2 metr dərinlikdə kanalizasiyanı özləri çəkiblər».

- «Bir dəfə də olmayıb ki, burdan iy gəlsin».

- «Bir dəfə də tutulmayıb...».

- «Almanlar gəlib baxıb, məəttəl qalıblar...».

120 SƏNƏT NÖVÜNDƏN VUR-TUT 3-4-Ü QALIB

Tarixi mənbələrə görə, Lahıcda 120 növ sənətkarlıq növü inkişaf edibmiş. Bizim gördüklərimiz isə misgər, dəmirçi, dabbağçı emalatxanaları oldu.

34 yaşlı usta Rza Əliyev burda 13 yaşından işləyir
Baş çəkdiyim misgər emalatxanalarından ən qədiminin təqribən 300 yaşı var.

34 yaşlı usta Rza Əliyev burda 13 yaşından işləyir. Ustanın dediyinə görə, ata-baba bu otaqda çalışıblar. Rza Əliyev 8-ci nəsildir:

«1725-ci ildən indiyə qədər bizim nəslimiz misgərliklə işləyib. 300 ildir bu emalatxana işlək vəziyyətdədir. Bu sənətdə nə qədər növ varsa, hamısını da bacarırıq...».

Misgərlərin damağının çağ olan vaxtı yay fəslidir. Lahıcda sənətkarlar yayda işləyirlər ki, qışda da necə deyərlər, dişləyə bilsinlər.

Lahıcda misgərlərin başqa bir problemi də gömrüklə bağlıdır:

«Satılsın ki, biz də dolana bilək də. Azərbaycanlı 5 dənə aldı, 10 dənə aldı, sonra almır. Gömrük buraxmır, pul istəyirlər. Xarici də görür ki, bir qaba 50 manat burda verirsə, 50 manat da gömrükdə verir, ona görə də almır».

«MİS KİMİ...»

Keçmiş misgər İbad Qasımov isə deyir ki, müasir texnologiya misgərlik sənətini arxaya atıb. Lakin onun fikrincə, mis qazanda bişən yeməyin dadını
heç nə verə bilməz:

«Güyümə pul verən yoxdur, kanistrdə daşıyırlar suyu. Güyüm suyu dadlıdır. Lap burdan al, qapağını vur, apar Bakıya, 1-2 həftə qalsın tərtəmiz. Məsələn, alüminiumda yemək bişirir camaat. Ona görə xəstələnirlər. Hamısı kimyəvidir.
Lahıcda xalça dükanı
Amma misdə kimyəvi tərkib yoxdur. O, yağı buraxmır, yağı canına çəkmir...».

7 MƏHƏLLƏNİN SİRRİ...

Lahıc qəsəbəsi 7 rəqəmi üzərində qurulub. Burda 7 rəqəmi müqəddəs hesab edilir. 7 məhəllə, 7 hamam, 7 məscid, 7 qəbiristanlıq, 7 dəyirman... Lahıcın yeddilik sistemindən indi əsər-əlamət qalmayıb.

BURDA PULLA QƏBİR QAZMIRLAR

Lahıcda qəbiristanlıq özü bir tarixdir. Burda Sasanilər dövründən xəbər verən qəbirlər var.

Hazırda yeddi məzarlıqdan 4-ü mövcuddur.

75 yaşlı Türbət Giliyev deyir ki, 1963-cü ildə Girdiman çayı daşanda, qəbirlərin bir çoxunu özü ilə yuyub aparmışdı:

«Burda pulla qəbir qazmırlar. Bizdə adətdir, kənddə kimsə ölsə, heç kim işə getmir, hamı qəbir üstünə, ölü yiyəsinin evinə gedir...». Köhnə qəbirlərin arasında İran şahı Keyxosrovun basdırıldığı güman edilən yerə rast gəldik. El arasında gəzən söhbətlərə görə, İran şahı müharibələrdən və hakimiyyətdən bezdiyi vaxt ona Lahıcı nişan verirlər. Buranın təbiətinə vurulan Keyxosrov ömrünün sonuna qədər Lahıcda yaşayır.
Lahıcda qəbiristanlıq özü bir tarixdir. Burda Sasanilər dövründən xəbər verən qəbirlər var.

Keyxosrova məxsus olduğu güman edilən qəbri tapıb insanlara tanıdan isə Lahıcın ən yaşlı sakini – 92 yaşlı Ənvər Balayev olub. Ənvər Balayev riyaziyyat müəllimidir. Lahıcın hər daşına-torpağına bələd olan Ənvər müəllim bu haqda kitab da yazıb:

«Nişanlayıb yerini mən qoymuşam. Demişəm tanıyın, bu, Keyxosrovun qəbridir. Mən də nəyin köməkliyi ilə tapdım? 1980-ci ildə «Vokruq sveta» jurnalının Tomin adlı bir fotomüxbiri bura gəlmişdi. O, yazmışdı, şəklin də çəkmişdi. O şəklə görə qəbiristanlıqların hamısını gəzib axtardım, tapdım».

YERALTINDA HAMAM

Lahıcın yeddilik sisteminə daxil olan hamamlardan isə cəmi 2-si işləkdir. Bu hamamlar hamısı yerin altında yerləşir.

Hacı Cahan Baxış hamamı 1857-ci ildə tikilib. Mülkədar Hacı Cahan bunu əvvəl ailəsi üçün nəzərdə tutub, sonradan isə ictimai hamama çevrilib.

Hamamı işlədən Cəsarət İsmayılov deyir ki, bu hamam müalicəvi xarakter daşıyır:

Girdiman Qalası
«Daşla tikilib, müəyyən bərkidici maddələrdən istifadə olunub, yumurta sarısı, əhəng də var. Suyunun da xüsusi tərkibi var. Daşların üstü ilə axan çay suyudur. Dağdan gələn sudur».

CAVANŞİRİN GİRDİMAN QALASI 2011-Cİ İLDƏ

Lahıcı əhatə edən dağlarda hər adamın gedib çıxa bilmədiyi, amma dillərdən düşməyən Girdiman Qalası da var. Qala Girdiman dövləti və onun başçısı Cavanşirin adı ilə bağlıdır.

Girdiman Qalasına səfərimiz elə də asan olmadı. Bələdçisiz, istiqamətsiz, bir neçə dəfə azmaqla 4 saatdan çox yol gedəsi olduq. Yaxşı ki, qarşımıza düz yolu işarə verən at təzəkləri çıxırdı... Nəhayət, qayalardan, ayağımız altda ovulan süxurlardan keçə-keçə Azərbaycan tarixində təntənə ilə danışılan Girdiman Qalasına yetişirik. VII əsrə aid Girdiman şəhər-qalasından təxminən 7-8 metr olan 2 divar qalıb...

«AZADLIQ BÖLGƏLƏRDƏ» RUBRİKASINDA SONRAKI GÜNLƏRDƏ

Masallı: Şikayəti yox, şikayətçini yoxlayırlar...

Qobustan kəndi: Gözlər yolda qalıb?

Ağstafa: Dəmiryolçu ailələri necə yaşayır?
XS
SM
MD
LG