Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 12:45

Mubarakin məhkəməsi davam edir


Bu gün Misirdə keçmiş prezident Hosni Mubarakin məhkəməsi davam edir. Məhkəmə binası qarşısına Mubarakin azsaylı tərəfdarları yığışıb. Onlar “Mubarak Səddam Hüseyn deyil” şüarları səsləndiriblər.

Hosni Mubarak hökumət əleyhinə keçirilmiş aksiyalarda ölənlərin qətlində ittiham olunur. Bundan başqa o korrupsiyada da günahlandırılır.

Məhkəmə qarşısında Mubarakla birlikdə onun iki oğlu – Alaa və Gamal da dayanır. Onlar da korrupsiyada ittiham olunurlar.

Bu ilin fevralında Mubarak rejiminə qarşı keçirilən etiraz aksiyalarında 850 nümayişçi öldürülmüşdü, 6 mindən artıq adam yaralanmışdı.
XS
SM
MD
LG