Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:56

Şah Abbas Məscidi əsaslı təmir olunacaq


Şah Abbas Məscidi
Şah Abbas Məscidi

Məscidin qədimliyi saxlanılmaqla restavrasiya ediləcək

Gəncədəki Şah Abbas Məscidində əsaslı təmir işləri aparılacaq. Məscidin qədimliyi saxlanılmaqla restavrasiya ediləcək.

Bu barədə iş icraçısı Ceyhun Orucov məlumat verib.

Fasad hissəsindəki bərpa işləri zamanı bütün kərpiclərin araları təmizlənəcək və qədimdə istifadə olunan materiallarla doldurulacaq. Kərpiclərin üzləri də cilalanıb laklanacaq. Bu işlər avqust ayının 25-dən başlayacaq və təxminən 2-3 ay davam edəcək. Məscidin minarələri, novdanları, işıq sistemi, pəncərələrdə olan şəbəkələr də təmir ediləcək. Şəbəkələrin taxtaları xüsusi materiallar vasitəsi ilə cilalanıb, şüşələrə kip bərkidiləcək.

Bundan başqa, məscidə XVIII əsrdə əlavə edilən minarələrdə, məscid binasında olan çatlar aradan qaldırılacaq, zədələnən kərpiclər qədimi kərpiclərlə əvəzlənəcək.

Şah Abbas məscidinin restavrasiyadan sonra daha dayanıqlı olması üçün yerdən 60 sm hündürlüyə qədər mərmər daşı döşənəcək.

4 əsr əvvəl - 1606-cı ildə Şah Abbasın sifarişi ilə Şeyx Bahəddin Amil tərəfindən inşa edilən məsciddə ən son təmir-bərpa işləri 2009-cu ildə aparılıb. Təmir zamanı məsciddən 19-cu əsrə aid olan 180 rus rublu, kitab və əlyazma tapılıb. Məscidin şimal qütbündəki otağın iç divarından tapılan əsginaslar 1898-1909-cu illərə aid edilir. Bu əsginaslar 1910-cu ildə məsciddə təmir aparılan zaman xeyriyyəçi Molla Qasım tərəfindən hədiyyə edilib.

Şah Abbas məscidi Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə təmir edilmişdi.
XS
SM
MD
LG