Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 01:07

Ruslar vodkanı atıb, şərab içirlər


Futbol azarkeşi araq içir
Futbol azarkeşi araq içir
Ruslar bir vaxtlar Mixail Qorbaçovun başladığı alkoqolizmlə mübarizə kampaniyasını hələ də ələ salırlar. Həmin kampaniya zamanı üzümlükləri məhv etmək üçün sovet ordusundan da istifadə olunurdu. Lakin bütün bunlar spirtli içki həvəskarlarını öz fikirlərindən döndərmirdi. Onlar özləri spirtli içkilər (samoqon) istehsal edirdi.

O vaxtdan 25 il keçir. İndi Kreml alkoqolizmə qarşı mübarizədə daha incə, bazar üsullarından istifadə etməyə hazırlaşır.

Bu yeni üsul rusların həddən artıq spirtli içki içmək vərdişini dəyişə bilməsə də, ölkənin şərab sənayesinə böyük təkan verəcək.

«Alkoqolizmin kökünü kəsməyə kömək etmək üçün şərab istehsalı inkişaf etdirilməlidir».

Bunu prezident Dmitri Medvedev Krasnodara səfəri zamanı deyib. Rusiya prezidenti «spirtli içki aludəçiliyi başqa içkilərin nəticəsidir» deməklə xalqın vodkaya məhəbbətinə işarə edib.

Medvedev minlərlə insanın həyatına bais olan alkoqolizmə qarşı müharibə elan edib. Onun hakimiyyəti dövründə spirtli içkilərə tətbiq olunan rüsumlar artırılıb. Gecə vaxtı spirtli içki satışı qadağan olunub.

BİR RUS İLDƏ ORTA HESABLA 8 LİTR ŞƏRAB İÇİR

Beynəlxalq Şərab Təşkilatının məlumatına əsasən, Rusiya 2010-cu ildə 8.2 milyon hektolitr şərab istehsal edib. O, dünyanın ən çox şərab istehsal edən 7-ci ölkəsidir.

Çaxır
Şərab istehsalında hələ də sovet dövründən qalma əlavə qatqılardan və çoxlu şəkərdən istifadə olunur. Bunun nəticəsidir ki, yerli şərab xarici şərabla rəqabət apara bilmir.

Ancaq bir qrup investor Rusiyanın Qara dəniz sahilində bir vaxtlar yunanların becərdiyi üzümlüklərdən keyfiyyətli şərab almaq üçün səy göstərir.

Krasnodar diyarındakı Anapa şəhərində 70 hektar üzümlük becərən Eduard Aleksandrov deyir ki, Medvedevin alkoqolizmə qarşı yeritdiyi mübarizə üsulu ölkənin yenidən cücərən şərab sənayesinə böyük dəstək olacaq.

Rusların xaricə daha çox səfər etmələrinin nəticəsidir ki, indi şərabı vodkadan üstün tutanların sayı artır.

Bir rus ildə orta hesabla 8 litr şərab içir. Fransa üçün bu, 50-55 litrdir. Hətta vodkanın sevildiyi Skandinaviya ölkələrində ildə adambaşına 18-20 litr şərab düşür. Bu, Rusiyadakından çoxdur.

Belə bir tarixi fikir var ki, rus şərabı pis şərabdır. Odur ki E.Aleksandrov deyir ki, rusları çaxır içməyə inandırmaq çətin olacaq.
XS
SM
MD
LG