Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:55

Söz və mətbuat azadlığı «Wikileaks»də...


Rauf Arifoğlu
Media hüququ üzrə mütəxəssis Ələsgər Məmmədli və «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu bu mövzuda fikirlərini bölüşürlər.

Rauf Arifoğlu:

«Məndə belə təəssürat yaranıb ki, deyilən informasiyanın müəyyən hissəsi əlbəttə ki, doğrudur. Gerçəkdən də İrandan Azərbaycana təhdid var. Bunun passiv və aktiv dönəmləri olub. Lakin Azərbaycan hakimiyyəti İran faktorunu bilə-bilə qabardır ki, həyata keçirdiyi basqılara, təzyiqlərə bir əsas yaratsın. İstədiyi bir medianı qara çərçivəyə salsın, İrana qucaq açmaq bəhanəsi ilə onu çökdürsün. Bundan istifadə edə bilərlər. Bəlkə də əllərində fakt var. Yəni, hansısa qəzet və ya sayt İrana işləyir. Amma bunu ABŞ kimi bir ölkənin təmsilçilərinə əsas amillərdən biri kimi izah etmək gülüncdür…».

Ələsgər Məmmədli
Ələsgər Məmmədli:

«Hər kəs bilir ki, Azərbaycanda serialların türkcə yayımının qarşısının alınması və ya Azərbaycanda «Azadlıq», BBC və «Amerikanın səsi» radiolarının yayımının dayandırılması hüquqi səbəblərdən deyil. Bu səbəbdən «Wikileaks» sənədlərinin doğruluğunu və yaxud yanlışlığını müzakirə etmək yersizdir. Bu, bir reallıqdır ki, dünənə qədər ikili siyasət aparan hər bir şəxs indi kifayət qədər çətin vəziyyətdə qalıb. Bundan sonra həmin siyasətin davam edib etməməsi, ona olan etibar məsələsini «Wikileaks» açıq ortaya qoyur. O baxımdan bu, siyasətçilər üçün təhlükəlidir…».

Verilişi tam olaraq buradan dinləyin:
XS
SM
MD
LG