Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:42

Ruşaniyə Hüseynova MTN-in dediklərini absurd adlandırıb


Elmar Hüseynov
Elmar Hüseynov
Bu fikirləri AzadlıqRadiosunun «İşdən Sonra» proqramına müsahibəsində mərhum jurnalist Elmar Hüseynovun Norveçdə yaşayan həyat yoldaşı Rüşaniyə Hüseynova deyib:

Həmçinin bax:
«Mən Azərbaycan mətbuatında Wikleaks açıqladığı məlumatları oxudum. Belə yazılar gedir ki, Milli Təhlükəsizlik Naziri Eldar Mahmudov deyib ki, Elmar Hüseynov sonuncu dəfə sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyevlə görüşüb. Və Fərhad Əliyev onun haqqında yazıların dayandırılmasına görə, 500 min pul təklif edib, Elmar Hüseynov bu məbləğdən imtina edib və 2 milyon istəyib. Mən hesab edirəm ki, bu tamamilə absuddur. Öz həyatını korrupsiyaya qarşı mübarizəyə həsr etmiş adamın özünün rüşvət tələb etməyə görə öldürülməsi tam absurddur».

Beləki Wikleaks teleqramlarından birində göstərilir ki, ABŞ-ın Azərbaycandakı səfiri ilə görüşdə Milli Təhlükəsizlik naziri Eldar Mahmudov Elmar Hüseynovun qətlinin istintaqı barədə məlumat verərkən deyib ki, bu qətli Hacı Məmmədovun dəstəsi sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyevin sifarişi ilə həyata keçirib. Wikleaks açıqladığı məlumata görə, nazir həmin söhbətdə deyib ki, Fərhad Əliyev Elmar Hüseynova 500 min rüşvət təklif edib ki, onların ailəsinin biznesi barədə yazmasın.

Həmin məlumatda qeyd olunur ki, nazir deyib ki, Elmar Hüseynov həmin məbləğdən imtina edib, daha yüksək məbləğ istədiyi üçün öldürülüb.

Elmar Hüseynov 2005-ci il martın 2-də yaşadığı evin qarşısında odlu silahla qətlə yetirilib, o, hakimiyyəti kəskin tənqid edən «Monitor» jurnalının baş redaktoru idi.
XS
SM
MD
LG