Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 11:32

Yazıçılar haqda lətifələr: "Aldadılmış ər"


Azadlıq Radiosunun "250plyus" satirik proqramından "Oxu zalı"na hədiyyə


Gənc şair Zaur Qəriboğlunu səhvən ruhi xəstəxanaya salırlar.

Həkimlər əllərini əllərinə sürtüb "yağlı" pasientin gəlişinə sevinir. şairin - sağlam olması haqqında yalvarışlarına inanmaq istəmirlər.

Çox yalvar-yapışdan sonra ona baş həkimlə görüş verirlər.

Baş həkim Zaur Qəriboğludan xəstəxanaya necə düşdüyünü soruşur.

- Heç özüm də bilmirəm. "Əli və Nino" kitab kafesində "Aldadılmış ər" romanımın təqdimatını keçirirdim. Təqdimatda Rafiq Tağı, Əyyub Qiyas, Səlim Babullaoğlu kimi hörmətli yazarlarımız iştirak edirdi. Birdən bir "təcili yardım" maşını qapının ağzında saxladı. 5 nəfər qoluzorlu həkim məni sürüyə-sürüyə maşına basıb naməlum istiqamətdə apardılar.

- Doğrudan da qəribədir... Romanınız neçə səhifədir?

- 600

- Əsərin birinci səhifəsində nə baş verir?

- Ər evə qayıdır və qapının deşiyindən arvadının yad bir kişi ilə eyni yataqda uzandığını görür.

- Bəs axırıncı səhifəsində?

- Ər əsəbiləşərək çıxıb gedir.

- Maraqlıdır... Bəs ortadakı 598 səhifədə nə yazılıb?

- Març-murç, març-murç, març-murç, març-murç, març-murç, març-murç, març-murç, març-murç, març-murç, març-murç, març-murç, març-murç, març-murç, març-murç, març-murç...

Həmçinin oxu
Elçin, Elmar Şahmar və "Ən yeni ədəbiyyat"
Anar, Əkrəm Əylisli, Seymur Baycan və bir uşaq
XS
SM
MD
LG