Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 06:24

Yəməndə uzunmüddətli üsyana hazırlıq gedir


Yemen -- A woman takes part in an anti-government march in Sanaa, 26Sep2011
Yemen -- A woman takes part in an anti-government march in Sanaa, 26Sep2011
Yəməndə üsyana hazır gedir

Yəməndə prezident Ali Abdullah Saleh və rejiminin istefasını tələb edənlər uzunmüddətli üsyana hazırlaşırlar. Reuters agentliyi paytaxt Sanadan yaydığı xəbərə görə, sentyabrın 26-da keçirilən yürüşdə etirazçılar prezidentə belə xəbərdarlıq ediblər. 3 aydır Səudiyyə Ərəbistanında yaralarını müalicə edən Saleh qayıdan kimi elədiyi müraciətdə təklif edib ki, ölkədəki böhrana son qoymaq üçün seçki keçirilsin. Amma seçkiyə qədər hakimiyyət indiki əllərdə qalsın.

Reuters-in Sanaadan verdiyi xəbərlərə görə, ötən Cümə günü prezidentin çıxışını eşidəndən sonra küçələrdə olan kütlə qəzəblənib. 10 minlərlə adam, o cümlədən 1000-dən çox qadın fərli şəhərlərdən paytaxt Sanaaya axışmağa başlayıb. Etirazçılar ötən həftə əldən verdikləri mərkəzi meydanı yenidən ələ keçirmək üçün hazırlıq görürlər.

Sanaadakı atəşkəs rejimi dəfələrlə pozulub. Təkcə Şənbə günü hökumət qoşunlarının etirazçıların düşərgəsinə hücumu zamanı 17 nəfər öldürülüb.

Etirazçıların tərəfinə keçən general Ali Mohsenin rəhbərlik elədiyi Birinci Ordu Briqadası ilə hökumət qoşunları arasında döyüşlər də şiddətlənib. Müdafiə nazirliyi bildirib ki, üsyançıların hərbi bazaya hücumu nəticəsində general Abdullah al-Klibi öldürülüb. Naham əyalətində isə, prezidentə tabe olan 63-cü Briqadanın hücumu davam edir, burada azı 2 üsyançının öldürüldüyü bildirilir.

Sannada olan siyasi şərhçi Ali Seif Hassan AP-yə deyib ki, lkədə əsl müharibə gedir, və bunun sonu yaxşı heç nə ilə bitməyəcək.

Yayda Yəməndəki etirazların qızğın çağında Ərəb ölkələrinin vasitəçiliyi ilə hakimiyyətin təhvili haqda razılıq əldə edilmişdi. Razılığa görə, Saleh hakimiyyəti keçid şurasına təhvil verməli idi, əvəzində isə 33 ölkəyə rəhbərlik edən prezidentə və oğullarına toxunulmazlıq hüququ veriləcəkdi. Amma Ali Abdullah Saleh sazişə sadiq qalmayandan sonra ölkədə silahlı qarşıdurma güclənib.
XS
SM
MD
LG