Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 14:10

Alman səfiri də «Qış bulvarı»ndan danışdı


Əli Hüseynli Azərbaycanda mülkiyyət hüquqlarının pozulması haqda tənqidləri əsassız sayır
Əli Hüseynli Azərbaycanda mülkiyyət hüquqlarının pozulması haqda tənqidləri əsassız sayır
««Qış bulvarı» ətrafında baş verənlər minlərlə insanın mülkiyyət hüquqlarına toxunub. Bu iş inzibati məhkəmələr üçün bir sınaqdır».

Almaniyanın Azərbaycandakı səfiri Herbert Kvelle (Herbert Quelle) belə deyib. Müasir ədalət mühakiməsinin problemlərinə həsr olunmuş 18-ci beynəlxalq seminardakı çıxışında:

«Ümid edirəm ki, Azərbaycan inzibati məhkəməsi bu sınaqdan uğurla çıxacaq».

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə Azərbaycanda mülkiyyət hüquqlarının pozulması haqda tənqidləri əsassız sayır:

«Belə hallar olur. Tək Azərbaycanda yox, dünyanın bütün ölkələrində dövlət və bəzən hətta ictimai maraq naminə mülkiyyət özgəninkiləşdirilir və ya dövlət tərəfindən alınır. Bu zaman mübahisələr yaranır, narazı qalanlar olur. Bundan ötrü müəyyən prosedura olmalıdır. Vətəndaş prosedurdan narazıdırsa, məhkəməyə müraciət etməlidir. Azərbaycan dövləti də bu məqsədlə inzibati məhkəmə sistemini formalaşdırıb, çox qısa zaman çərçivəsində operativ baxılan məhkəmə sistemi yaradıb. Biz bunu etmişik. Mübahisə varsa, məhkəməyə müraciət etsinlər».

Azərbaycanda inzibati məhkəmələr 2011-ci ildən fəaliyyətə başlayıb.
XS
SM
MD
LG