Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 13:57

Daşqından zərərçəkən dövlətdən 33 min manat istəyir


Foto: Arxiv
Foto: Arxiv
Oktyabrın 6-da Sabirabad rayonu, Ulacalı kənd sakini Hüseynağa Hüseynovun 3 dövlət qurumuna qarşı iddiasına baxılıb.

2010-cu ilin mayında daşqınlardan zərər çəkən H. Hüseynov Fövqəladə Hallar Nazirliyi, Nazirlər Kabineti, Meliorasiya və Su Təsərrüfatı İdarəsindən ona dəyən ziyanın ödənilməsini istəyir.

Ulacalı sakini daşqın zamanı ona 32 min 900 manat maddi və mənəvi ziyan dəydiyini iddia edir:

«Mütəxəssislərlə hesablamışıq. 22 min 900 manat maddi ziyan çəkmişik, evimiz uçulub, əşyalarımız zay olub, bağımızdakı bütün ağaclar məhv olub. Əlavə 10 min manat da mənəvi ziyana görə kompensasiya verilməsini istəyirik».

1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində keçən prosesdə hakim Elçin Məmmədov tərəflərə barışıq təklif edib və növbəti prosesin oktyabrın 26-da keçiriləcəyini bildirib.

Daşqınlardan zərərçəkənlərin məhkəməyə müraciəti ötən ilin oktyabrından başlayıb. İndiyə qədər 2 nəfərin iddiası təmin olunub. Saatlı rayon sakini Lazım Umudovla İmişli rayon sakini Şahin Şəmmədova ev tikilib.
XS
SM
MD
LG