Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 06:02

Ermənistanda doğum 2 dəfə azalıb


Arxiv şəkil
Arxiv şəkil

-
Dünya 7 000 000 000-cı sakinin gözləyir...

Bu həftə - oktyabrın 31-də dünya əhalisinin sayının 7 milyard nəfərə çatacağı gözlənilir. Amma Avropanın bir sıra keçmiş sovet ölkələrində əhali sayı ildən-ilə azalmaqdadır.

7 milyardıncı insanın doğumu düşündürücüdür. Çünki bu həm də o deməkdir ki, son 12 ildə dünya əhalisi nə az-nə çox 1 milyard nəfər artıb.

Amma keçmiş sosialist ölkələrinin çoxunda insanlar azalır...


Amma bir sıra regionlarda əhali sürətlə artsa da, məsələn, Ukrayna haqqında bunu demək olmaz.


Məsələn, elmi dillə desək, orta statistik ukraynalı qadın 1,2, rusiyalı qadınsa 1,5 uşaq dünyaya gətirir.

Əhali sayının stabil qalması üçünsə bu göstərici 2,1 uşaq olmalıdır.
Halina Marçenko Kiyev doğum evlərinin birində çalışır. O deyir ki, axır 20-25 ildə əhali sayında kəskin eniş baş verib:

“1986-cı ildə - Çernobıl AES-də qəza baş verəndən sonra doğumun sayı kəskin düşdü. Qəzadan sonrakı 3-4 il ərzində insanlar uşaq dünyaya gətirmək planlarını təxirə saldılar. İndi Kiyevdə doğum artır, amma kəndlərdə region mərkəzlərilə müqayisədə bu göstərici kəskin enib”.

Ukrayna dünyada əhali sayının azaldığı ölkələrdən biridir. Özü də bu ölkələri bir cəhət birləşdirir. Onların hamısı Avropanın keçmiş sosialist ölkələridir: Rusiya, Ukrayna, Belorus, Latviya, Litva, Bolqarıstan, Macarıstan, Rumıniya və Yuqoslaviyadan qopma Serbiya, Xorvatiya.

Məsələn, Rusiya, Belorus və Ukraynanın əhalisi 1990-cı ilə baxanda xeyli azalıb, bu ölkələrin indiki əhalisi 20 il əvvəlki əhalisinin cəmi 94 faizi qədərdir. Yəni bu ölkələr bir yerdə 12 milyon əhali itirib.

Ruslar içkidən azalır?

Yalnız Rusiyada axır illərdə vəziyyət müəyyən qədər yaxşılığa doğru dəyişib. Əhalinin azalması dayanıb, amma artmır da.

Əhali azalmasının əsas səbəblərindən biri ölüm faizinin yüksək olmasıdır. Afrikadan sonra Rusiya, Ukrayna və Belorus ölüm faizinin ən yüksək olduğu ölkələrdəndir.

Oxford Universitetinin demoqrafiya üzrə professoru David Coleman Rusiya haqda bunları deyir:

“Ölüm faizi Sovet Rusiyasında onsuz da 1960-cı ildən sonra yüksək idi. 1990-cı illərin əvvəlində isə vəziyyət lap pisləşdi. İndi vəziyyət bir qədər yaxşılığa doğru dəyişib, amma irəliləyiş cüzidir. Özü də burda böyük disbalans var. Kişilər üçün orta ömür müddəti 63, qadınlar üçünsə 75-dir. İnkişaf etmiş ölkələrin heç birində belə fərq yoxdur”.

Ekspertlər deyirlər ki, Rusiya, Uktayna və Belorusda kişilərin ömrünü alkoqoldan çox istifadə olunması da qısaldır. Üstəlik də doğum göstəriciləri çox aşağıdır və əhali sayının sabit qalmasına şərait yaratmır.

Məsələn, elmi dillə desək, orta statistik ukraynalı qadın 1,2, rusiyalı qadınsa 1,5 uşaq dünyaya gətirir. Əhali sayının stabil qalması üçünsə qadınlar ortalama 2,1 uşaq doğmalıdırlar.

Avropanın keçmiş sosialist respublikalarında əhali sayının azalmasını iqtisadi vəziyyətin pisləşməsi, eləcə də indi qadınların daha yaxşı karyera qurmaq imkanları ilə də bağlayanlar var. Sovet dövründəki kimi analar üçün güclü dövlət təminatı olmadığından qadınların çoxu uşaq dünyaya gətirməyi karyera qurandan sonraya – 25-35 yaş arasınacan ertələyirlər. Həmin yaşda isə qadınlar adətən çox uşaq istəmirlər.

Azərbaycan 10 ilə bir milyon vətəndaş qazanıb


Azərbaycanda isə əhalinin sayı ilbəil artır. Dövlət Statistika Komitəsinin Azərbaycanda əhali sayının necə dəyişməsinə dair öz saytına yerləşçdirdiyi məlumata görə son 10 ildə Azərbaycan vətəndaşlarının sayı bir milyon nəfərdən çox artıb:

Əhalinin sayı (ilin əvvəlinə, min nəfər)
2000 2005 2007 2008 20091) 2010 2011
Əhalinin sayı - cəmi 8 032,8 8447,4 8666,1 8779,9 8922,4 8997,6 9111,1
kişilər faizlə: 48,9 49,2 49,3 49,4 49,5 49,5 49,6
qadınlar faizlə: 51,1 50,8 50,7 50,6 50,5 50,5 50,4
şəhər əhalisi faizlə: 51,1 52,4 52,7 53,0 53,1 53,1 53,0
kənd əhalisi faizlə: 48,9 47,6 47,3 47,0 46,9 46,9 47,0









1) 2009-cu il əhalinin siyahıyaalınması məlumatlarına əsasən

Köç də sayı azaldır


Doğum sayına mənfi təsir edən faktorlardan biri də miqrasiyadır.

SSRİ-nin dağılması və bazar iqtisadiyyatının bərqərar olması böyük sayda insanın iş axtarışı üçün başqa ölkələrə üz tutması ilə nəticələnib. Məsələn, Gürcüstan, Moldova, Ermənistanda bu faktor əhali sayına mənfi təsir edir. Miqrasiya edən ailələr ölkəni tərk etməyən ailələrlə müqayisədə daha az uşaq dünyaya gətirirlər.

BMT-nin Əhali Fondunun Ermənistandakı nümayəndəsi Qarik Ayrapetyan deyir ki, keçid dövrü çox onların ölkələrində çox problemli oldu.

“1990-cI illə müqayisədə Ermənistanda doğum göstəriciləri 2 dəfə azalıb. İqtisadi vəziyyətin pisləşməsi nəticəsində bir çox ailələr əvvəlki yaşam standartlarını qoruyub saxlaya bilmədilər”.
XS
SM
MD
LG