Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 14:55

Azərbaycanın məsələsi AŞPA Komitəsinin gündəliyinə salındı


Avropa Şurası Parlament Assambleyası
Avropa Şurası Parlament Assambleyası
Azərbaycanda siyasi məhbuslarla bağlı durum noyabrın 16-da Parisdə keçiriləcək Avropa Şurası Parlament Assambleyasının İnsan Haqları və Hüquq məsələləri üzrə Komitəsinin iclasının gündəliyinə salınıb.

Toplantıda Azərbaycandakı vəziyyətdən savayı, İnsan Haqları üzrə Avropa Konvensiyanın AŞ-ya üzv ölkələrdə nüfuzu və təsiri, Bolqarıstanda qaraçıların vəziyyəti və s. məsələlər müzakirəyə çıxarılacaq.

Azərbaycan məsələsi Paris vaxtilə saat 15:00-da (Bakı vaxtilə 18:00) müzakirə olunacaq. Məruzəçi Christoph Strässer'in yarım saatlıq çıxışından sonra tədbirə ekspert qismində dəvət olunmuş «İnsan Haqları Uğrunda» İctimai Birliyin sədri Eynulla Fətullayev çıxış edəcək.
XS
SM
MD
LG