Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 14:52

Umberto Eko: “Berluskoninin istefası qorxunc yuxunun sonu olardı”


Tanınmış italyan yazıçısı və filosofu Umberto Eko ümid edir ki, İtaliyanın baş naziri Silvio Berluskoni bir həftə ərzində istefa verəcək.

Oxuzalı.az “Röyters” agentliyinə istinadla xəbər verir ki, hazırda yeni kitabının təbliği üçün New York-da olan yazıçı həmin istefaya sevinəcəyini bildirib: “Bu, uzun bir qorxunc yuxunun sonu olardı”.

Italiya iqtisadiyyatı böhranlı vəziyyətə düşdüyü üçün həm ölkə daxilində, həm də Avropa Birliyi səviyyəsində hakimiyyətdən getməsi üçün Berluskoniyə təzyiqlər artır.

Onu ölkənin düşdüyü vəziyyətə görə ittiham edənlər çoxdur.

“Berluskoni olmasaydı belə, biz böhranla üzləşəcəkdik. Amma həmin böhran belə ağır olmazdı. Onun xaricdə hörməti yoxdur, buna görə də o, ölkəni təmsil edə bilməz” – deyə Eko bildirib.

Yazıçının “Praqa məzarlığı” adlanan son romanı gələn həftənin ikinci günü ABŞ-da da çap ediləcək.

İtaliyada böyük media qrupuna nəzarət edən, milyarder biznesmen olan Berluskoni müəyyən fasilələrlə 1994-cü ildən bəri hakimiyyətdədir.

Rəqibləri onu dəfələrlə korrupsiyada, mafiya ilə əlaqədə ittiham etsələr də, bunu məhkəmədə sübut etmək mümkün olmayıb.

Indiyəcən bir neçə dəfə adı seks qalmaqalında hallansa da, baş nazir yenə
vəzifəsində qala bilib.

Berluskoniyə qarşı kampaniyalarda Eko da iştirak edib (VİDEO). Yazıçı baş nazirin “İtaliyanı və italyanları gözdən saldığını” deyən etirazçılara qoşulub...

“Əgər Berluskoni sabah yox olsa, problemlər bununla bitməyəcək. Amma ən azı beynəlxalq səviyyədə İtaliyaya hörmətlə yanaşmağa başlayacaqlar” – deyə Eko qeyd edib.

Amma yazıçı düşünür ki, Berluskoninin yerinə gələn qüvvələr ondan çox da fərqlənməyə bilər.

“Müxalifət də Berluskoni kimi xəstədir. Onlar bir-biri ilə savaşırlar. Buna görə də cəlbedici bir alternativ təklif etməyə qadir deyillər. Bu, bizim vəziyyətin digər bir faciəvi tərəfidir”.

Ötən ilin oktyabrında italyanca çap edilən “Praqa məzarlığı” artıq bir neçə dilə çevrilərək beynəlxalq bestseller olub.

Kitabın Italiya, İspaniya, Argentina, Meksika və başqa ölkələrdə milyonlarla nüsxəsi satılıb.

Əsər sinizm, yalançılıq və intriqabazlığı ilə tanınan bir casusdan bəhs edir.

Onun qurduğu intriqalar tədricən bütün Avropanın taleyinə təsir edir...

Şəxsi kitabxanasında 50 min kağız kitab olsa da, Eko elektron kitabları oxuyan
Ekonun ən məşhur romanı olan "Qızılgülün adı"nın gürcü dilinə tərcüməsinin Tbilisidə təqdimatı, 28 mart 2011
Ekonun ən məşhur romanı olan "Qızılgülün adı"nın gürcü dilinə tərcüməsinin Tbilisidə təqdimatı, 28 mart 2011
qurğularla, məsələn, Kindle və iPad-la da “dostdur”.

Yazıçı “Röyters”ə müsahibəsində deyib ki, bu yaxınlarda Almaniya və İsveçə iki həftəlik səfəri zamanı iPad-ına 10 elektron kitab yükləyib. Amma ABŞ-a səfəri zamanı “bu səhvindən nəticə çıxararaq” özüylə elektron formatda 20 roman götürüb.

Amma bununla belə Eko deyir ki, heç nə real olanı tam əvəz edə bilməz.

“Kağız kitab oxumaq ayrı aləmdir. Sən bunu gəmidə, ağacın budağında, yatağında, hətta işıq kəsiləndə də edə bilərsən.

Bilirsiz bu, nəyə oxşayır? Siz yanınızda sevimli insanın özünün olmasını istərdiniz, yoxsa fotosunun olmasını?” – deyə yazıçı fikrini obrazlı şəkildə ifadə edib.

Tərcümə: R.Qəmbərov

Həmçinin oxu
Umberto Eko – Berluskonini Hitlerlə müqayisə etdi
Umberto Eko ziyalıların Berluskoniyə qarşı hərəkatının önündə (VİDEO)
XS
SM
MD
LG