Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 23:41

Orxan Pamuka sağlığında büst qoyuldu


Orxan Pamuk
Orxan Pamuk
Feyziyyə Hacıyeva


Türkiyədə ünlü yazarların adını daşıyan modern muzey-kitabxanalar açılmaqda davam edir.

İstanbuldakı Gülhanə parkında görkəmli türk yazarı Əhməd Həmdi Tanpınarın adını daşıyan muzey-kitabxana açılıb.

Burada 7500-dən çox kitab, eləcə də sənətlə, ədəbiyyatla bağlı 100-dən çox qəzet-jurnal var. Oxucular muzey-kitabxanada Tanpınarın şəxsi əşyaları, əlyazmalarına baxmaq imkanı qazanmaqla yanaşı həm də müasir kafe və kafeteriyalarda rahat atmosferdə kitab, qəzet-jurnal oxuya bilərlər.

Muzey-kitabxanada Orxan Pamuk, Nazım Hikmət, Nəcib Fazıl Qısakürək, Yəhya Kamalın büstləri də yer alır. Həmçinin bu və başqa ünlü türk yazarlarına aid guşələr də var.

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi bundan qabaq Ankarada Akif Ərsoyun, Adanada Qaracaoğlanın, Diyarbəkirdə isə Əhməd Arifin adını daşıyan muzey-kitabxanalar açıb.

İndi isə İzmirdə Atilla İlhan, Kütahyada Övliya Çələbi, Ərzurumda isə Əmrahın adını daşıyacaq muzey-kitabxanaların açılışına hazırlıq gedir.

Əhməd Həmdi Tanpınar (1901-1962) həm də Orxan Pamukun təsirləndiyi yazarlardandır.

Tanpınarın "Huzur" "Saatleri Ayarlama Enstitüsü", "Sahnenin Dışındakiler", "Mahur Beste" romanları indi də Türkiyədə sevə-sevə oxunur.
XS
SM
MD
LG