Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 05:51

Norveçdə 77 nəfərin qətlində ittiham olunan Brevik özünü günahkar saymır


Anders Behring Breivik (solda) polis maşınında. 25 iyul 2011
Anders Behring Breivik (solda) polis maşınında. 25 iyul 2011
Norveç məhkəməsi 77 nəfəri qətlə yetirmiş Anders Behring Breivikin daha 12 həftə həbsdə qalması haqda qərar qəbul edib.

Noyabrın 14-də keçirilmiş məhkəmə prosesində qətlə yetirilənlərin yaxınları, ictimai xadimlər də iştirak ediblər.

Məhkəmə qərarı onunla əsaslandırıb ki, Breivikin ağır cinayət törətdiyi aydındır və o, özünə qarşı istifadə oluna biləcək dəlilləri azadlıqda məhv edə bilər.

Bundan başqa, məhkəmə hesab edir ki, ola bilsin Breivik cinayəti təkbaşına törətməyib. Buna görə də o, əlbir olduğu şəxslərlə əlaqə yaratmağa cəhd edə, istintaqa maneçilik törədə, yaxud qaçıb gizlənə bilər.

Breivikin vəkili Geir Lippe israr edirdi ki, onun müdafiə etdiyi şəxs 4 həftədən artıq həbsdə saxlanmasın.

NORVEÇİ SARSIDAN QƏTLİAM

Breivik bu il iyulun 22-də əvvəlcə Osloda Norveçin baş nazirinin ofisi yaxınlığında güclü partlayıcını işə salıb. Partlayış nəticəsində 8 nəfər ölüb. Bundan sonra Utoya adasına gedərək hakim Əmək Partiyasının düşərgəsində insanlara atəş açıb. Qətlə yetirilən 69 nəfərin əksəriyyəti düşərgəyə istirahətə gəlmiş yeniyetmələr olub.

Məhkəmə zamanı Breivik istintaqda dediyi kimi günahsız olduğunu bildirib. O deyib ki, “müqavimət qüvvələrinin hərbi komandirdir”. Breivik həbsdə saxlanmasını qanunsuz adlandırıb və dərhal azad olunmasını tələb edib.

Bundan başqa, Breivik məhkəmədən ona qətlə yetirilənlərin yaxınlarına müraciət etmək imkanının yaradılmasını da istəyib. Amma hakim ona rədd cavabı verib.

Utoya adasında anış mərasimi. 25 iyul 2011
Utoya adasında anış mərasimi. 25 iyul 2011
İlkin istintaq zamanı Breivik cinayəti törətdiyini etiraf edib, amma deyib ki, onun hərəkətləri “dəhşətli olsa da, mühümdür”.

Breivikin bildirdiyinə görə, onu qətlləri törətməyə Norveçdə marksist ideyaların, multikulturalizmin geniş yayılması, gəlmələrin artması vadar edib.

O ilk məhkəmə iclasında hakimin onu mühakimə etməyə haqqı çatmadığını deyib: “Siz multikulturalizm kimi zərərli ideyanı dəstəkləyənləri təmsil edirsiz. Multikulturalizmin məqsədi Norveç cəmiyyətini məhv etməkdir”.

O, təkadamlıq kamerada saxlanmasını “işgəncə” adlandırıb.

BREİVİKƏ ÖZ İDEYALARINI TƏBLİĞ ETMƏK İMKANI VERİLMƏYİB

Jurnalistlərə məhkəmədə Breivikin şəkillərini və videogörüntülərini çəkib yaymaq qadağan edilib. Hakim hesab edir ki, Breivikə məhkəmədə öz ideyalarını təbliğ etmək imkanı verilməməlidir.

Qətlləri törətməmişdən az əvvəl Breivik özünün 1500 səhifəlik manifestini İnternetdə yaymışdı. Breivik orada özünü İslama qarşı “xaç yürüşü”nün əsgəri adlandırıb.

O, manifestdə Qərb demokratiyasının bütün etnik, dini azlıqların dinc şəkildə
Utoya adasındakı qətliam qurbanlarının dəfn mərasimi. 29 iyul 2011
Utoya adasındakı qətliam qurbanlarının dəfn mərasimi. 29 iyul 2011
birgə yaşayışı ideyasına nifrət etdiyini yazıb.

Məhkəmədə Utoya adasındakı qətliamdan sağ çıxan Herman Heggertveit adlı gənc də iştirak edib:

“Məhkəmədə iştirak etmək mənim üçün çox çətindir. Mən sanki başqa bir adamı görürəm... O çox yekəxana, özündənrazı bir adamdır. O özü üçün yaratdığı sabun köpüyünün içində yaşayır” – deyə Heggertveit müttəhimlər kürsüsündə əyləşən Breyvik haqqında deyib.

Psixiatr müayinəsi müəyyən edib ki, Breivik qətlləri anlaqlı vəziyyətdə törədib və buna görə mühakimə edilməlidir.

Cinayət işi üzrə məhkəmə gələn il aprelin 12-də başlanacaq.
XS
SM
MD
LG