Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 09:26

Milli Məclisdə Rafiq Əliyev söhbəti


Milli Məclis
Milli Məclis
«Hansısa bir kafedra müdirinin işdən çıxarılması Milli Məclisdə müzakirə olunan məsələ deyil».

Bu fikirləri hakim Yeni Azərbaycan Partiyasından olan deputat Aydın Mirzəzadə səsləndirib.

Parlamentin noyabrın 15-də keçirilən iclasında deputat İqbal Ağazadə Rafiq Əliyevin Neft Akademiyasında vəzifədən kənarlaşdırılması məsələsini qaldırıb.

Aydın Mirzəzadə isə buna münasibətdə deyib:

«Azərbaycanda onlarla ali məktəb, yüzlərlə kafedralar var. Belə məsələlər elmi şuralarda müzakirə olunmalıdır».

Deputat Fazil Mustafayev isə bildirib ki, kim hakimiyyəti tənqid edirsə, onu dövlətçiliyə qarşı çıxmış sayırlar: «Rafiq Əliyev, Rüstəm İbrahimbəyov, Cəmil Həsənliyə necə demək olar ki, onlar ziyalı deyil? Alim kimi tanınmayan, beynəlxalq arenaya çıxa bilməyən, xarici jurnallarda bir dənə elmi məqaləsi çap olunmayan adamların Rafiq Əliyev haqqında danışması doğru deyil».

Spiker Oqtay Əsədov isə deyib ki, bir nəfəri Milli Məclisdə müzakirəyə çıxarıb milli qəhrəman etməyə ehtiyac yoxdur.
XS
SM
MD
LG