Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:12

Bakının qarlı problemi


Qar Bakıda yolları tam bağladı
Gözlə

No media source currently available

0:00 0:01:35 0:00

Qar Bakıda yolları tam bağladı

İbrahim hər gün avtobusla Bakının 22 km-də yerləşən Müşfiqabad qəsəbəsində getdiyi 25 dəqiqəlik yolu noyabrın 24-də qarlı havada taksi ilə 9 saata gedib. Dediyinə görə, bu müddətdə yollara qum səpən, qarı-buzu təmizləyən heç bir texnikaya da rast gəlməyib:

«13:30-da universitetdən çıxıb taksi ilə yola düşmüşdük, saat 7 idi, biz hələ «Şamaxinka»da idik. Texnika yox idi. Bircə Sulutəpə qəsəbəsində iki polis gördüm, vəssalam!».

BİR İL ƏVVƏL NÜMAYİŞ ETDİRİLƏN 265 TEXNİKA HARADADIR?

2010-cu ilin oktyabrında Bakıya gətirilən 265 yeni kommunal xidmət texnikası prezidentin iştirakı ilə «Azadlıq» meydanında nümayiş olunub. Həmin vaxt bu texnika ilə tanış olan prezident paytaxtda və bölgələrdə kommunal xidmətin səviyyəsinin daha da təkmilləşdirilməsi ilə bağlı tapşırıqlar verib. Amma qarlı günlərdə həmin texnikanı paytaxt küçələrində iş başında az adam görüb:

– Hər tərəf su, gölməçə, yollar tıxac. Heç bir texnika da gözə dəymir.

–Mən gəldiyim yolları təmizləyən yox idi. Amma şəhərin mərkəzi təmizdir. Bir az şəhərin mərkəzindən ətrafına da diqqət yetirilsə, yaxşı olar.

– Mən o texnikaların heç rəngini də görməmişəm. Ötən il gəlmişdi, ancaq biz görməmişik.

– Qarı təmizləyən yoxdur.

– Ötən ilin oktyabrında yeni kommunal texnikaları nümayiş etdirdilər, həmin texnikaları qar yağanda və ya sonra gördünüzmü?

Foto: Arxiv
Foto: Arxiv
– Yox...

«İŞIQLAR DÜNƏNDƏN SÖNÜB, TELEFON XƏTLƏRİ QIRILIB...»

Bölgələrdən gələn şikayətlərdə də qarın yaratdığı fəsadlar barədə eşidirik. Astaradan Elçin Məmmədov:

«Mərkəzi yollar açıqdır, qalan yollar qarla örtülüdür. İşıqlar dünəndən sönüb. Telefon xətləri qırılıb. Məktəblər bağlanıb. İcra hakimiyyətinin qabağı qarla doludur. Demək, analoqu olmayan inkişaf bu səviyyədə imiş».

SOSİAL ŞƏBƏKƏLƏRƏ DƏ «QAR YAĞIB»

Qardan sonra paytaxt yollarında yaranan problemlər sosial şəbəkələrdə də müzakirə olunmaqdadır. «Facebook»da Natiq Adilov adlı istifadəçi yazır ki, «bunun adı iflic deyil bəs nədir? İki damcı qar yağır, rüsvayçılıq dizə çıxır. Siz tıxacdakı təcili yardıma baxın, vay bunu gözləyənin və ya onun içində olanın halına...».

Mehman Məmmədov isə yazır ki, «1 saat gözlədim «20 Yanvar»da. Tıxac, maşınlar da 1 nəfəri 10 manata
Bəxtiyar Sadıqov
Bəxtiyar Sadıqov
aparırdı Sumqayıta…».

QIŞA HAZIRLIĞA HƏR İL ƏTƏK-ƏTƏK PUL

Rəsmi «Azərbaycan» qəzeti isə qarlı havada Bakıda yaranan vəziyyəti «Məsuliyyətsizlik iflici» hesab edir. Qəzetin baş redaktoru Bəxtiyar Sadıqov yazır: «Hər il Bakı şəhər İcra Hakimiyyəti, ona tabe strukturlar, yolların təmiri və vəziyyətinə baxan müvafiq strukturlar qışa yaxşı hazırlaşdıqlarını və heç bir problem olmayacağını bəyan edirlər. Amma elə ki, ilk qar yağır, soyuqlar düşür, paxırları açılır. Hər il sadalanan qurumların hamısına dövlət büdcəsindən ətək-ətək vəsait ayrılır. Hər il qışa hazırlıqla bağlı «görülən» işlərə ətək-ətək pul xərclənir. Dövlət pul tökür, amma vətəndaşı narazı qalır! Büdcədən pul qoparanlar sevinir, sakinlər isə deyinə-deyinə qazsız, işıqsız, susuz qalırlar».

QARIN ÖHDƏSİNDƏN BƏLƏDİYYƏ GƏLƏ BİLƏR...

İqtisadçı Zöhrab İsmayıl isə düşünür ki, bütün problemlərin kökündə pis idarəçilik durur, Bakının bələdiyyəsi olmalıdır:

«Sistemin özü işləmir. Yeni texnika ola bilər, amma bunun istismar xərcləri var, xidmət xərcləri var. Ən yaxşı texnikanı idarə edən şəxsə 100-200 manat maaş veriləcəksə, onu qarlı, yağışlı havada tapmaq olmayacaq.
Zöhrab İsmayıl
Zöhrab İsmayıl
Bu baxımdan da Bakının öz bələdiyyəsi olmalıdır. Bu olandan sonra onun öz büdcəsi, öz xərcləri olacaq».

Çoxsaylı cəhdlər etsək də, Bakı şəhər İcra Hakimiyyətindən qarlı havada yollara nə qədər texnika çıxardığı, hansı işlər görüldüyü barədə məlumat ala bilmədik. Zənglərimiz cavabsız qaldı, digər şöbələr isə qışa hazırlıqla bağlı danışmağa səlahiyyətləri olmadığını bildirdilər.

«QAR, BƏYAZ PENDİR, QARA ÇÖRƏK, QIRMIZI ÇAXIR»

Qarın yağmasını çoxları problemə çevirdiyi halda şair Adil Mirseyid öz şerində qarı problemdən uzaq tutub. Şair qarı təbiət harmoniyası sayır, deyir onu harmoniyadan problemə çevirən insanların öz işinin öhdəsindən gələ bilməməsidir.

qar yağır...
qar yağır...
qar yağır...
qar yağır...
qar yağır...
qar yağır...
bəyaz pendir...
qara çörək...
qırmızı çaxır...
qar yağır...
qar yağır...
qar yağır...
XS
SM
MD
LG