Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 17:00

Suriyaya qarşı yeni sanksiyalar gözlənilir


Suriyada hökümət əleyhinə etiraz aksiyası
Suriyada hökümət əleyhinə etiraz aksiyası
Ərəb Dövlətləri Liqası xarici işlər nazirələrinin bu gün Qahirədə Suriyaya qarşı yeni sanksiyalar tətbiq edəcəkləri gözlənilir.
Liqaya daxil olan ölkələrin maliyyə rəsmiləri şənbə günü bu sanksiyaları götür-qoy ediblər.
Tərəflər Suriyayala ticarət əlaqələrinin məhdudlaşdırılması və Dəməşqin xarici banklardakı aktivlərinin dondurulması barədə ilkin razılığıa gəliblər.
Buna səbəb, Suriya hakimiyyətinin ölkədə zorakılığın dayandırılması və xarici müşahidəçilərin ölkəyə buraxılmasıyla bağlı liqanın sülh planını rədd etməsi olub.
Martın ortalarından bu yana Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi nümayişlər keçirilir.
BMT bu müddət ərzində 3 500-dən çox adamın öldürüldüyünü deyir.
XS
SM
MD
LG