Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 06:59

«Günah britaniyalılardadır!»


İran. Tehran. Britaniya səfirliyi qarşısında keçirilən etiraz aksiyasından görüntü
İran. Tehran. Britaniya səfirliyi qarşısında keçirilən etiraz aksiyasından görüntü
Golnaz Esfandiari

İranda «Napoleon dayı» adlı məşhur satirik əsər var. Bu əsərin qəhrəmanı İranda baş verən bütün hadisələrdə Britaniyanın barmağını görürmüş.

1971-ci ildə çıxmış kitab əsasında sonradan televiziya serialı da çəkilib. Bu seriala indiyə qədər milyonlarla iranlı baxıb. Oradakı sitatları iranlılar əzbər bilirlər. Əlbəttə, Napoleon dayı uydurma təxəyyülün məhsuludur. Ancaq bunun həqiqətdə də müəyyən əsasları var.

Kitaba giriş yazmış Azar Nafisinin sözlərinə görə, kitabın müəllifi İraj Pezeshkzad bu əsəri baş qəhrəmanının uşaqlığından təsirlənərək ərsəyə gətirib. Həmin dövrdə siyasətçilərin əksəriyyətinə «Britaniyanın nökəri» damğası vurulurdu. Bu inanc o qədər dərinə işləmişdi ki, hətta bəzi iranlılar iddia edirdilər ki, Hitler özü də Britaniyanın oyuncağı imiş və Almaniyanın Londonu bombalanması da Britaniya kəşfiyyatının planı olub.

İRANLILAR BÜTÜN PİS HADİSƏLƏRDƏ BRİTANİYALILARI GÜNAHLANDIRIRLAR

Hətta ruhanilərin hakimiyyətə gəlməsində belə. 1979-cu il islam inqilabının ilk illərində məşhur bir zarafat vardı - Mollanın saqqalını qaldırsan, görərsən ki, altında «Made in England» yazılıb.

Britaniyaya qarşı düşmənçiliyin isə tarixi kökləri var. Britaniya 1953-cü ildə İranın məşhur baş naziri Mohammad Mossadeghin devrilməsi ilə nəticələnən çevrilişi həyata keçirməkdə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinə kömək edib. Ancaq britaniyalılara olan inamsızlıq yüz illərlə əvvəllərə gedib çıxır. Britaniyanın İranda siyasi-iqtisadi hegemonluq etdiyi dövrə.

İran. Tehran. Səfirliyin qarşısında etiraz aksiyası
İran. Tehran. Səfirliyin qarşısında etiraz aksiyası
İran parlamentinin üzvü Hamid Rasayi Britaniya səfirliyinin qarşısında keçirilən etiraz aksiyasında çıxış edib. O çıxışında Britaniyaya qarşı ittihamları sadalayıb. Hamid Rasayi deyib ki, Britaniya səfirliyi ölkəni haqq yolundan çıxarmaq üçün çox böyük səy göstərib.

O Britaniyanı Səddam Hüseyn rejiminə kimyəvi silah verməkdə də ittiham edib. Deyib ki, bu silahdan sonradan 1980-88-ci illərdəki İran-İraq müharibəsində İrana qarşı istifadə olunub. Hamid Rasayi Britaniyanın İran və ABŞ-ın terrorçu təşkilat siyahısına saldığı Mücahiddin Xalq Təşkilatını dəstəklədiyini də bildirib: «Həmin təşkilatın terror aktlarının çoxu məhz Britaniyanın dəstəyi ilə həyata keçirilib».

Rasayi Britaniyanın 2009-cu il prezident seçkilərindən sonra İranın siyasi hakimiyyətini silkələmiş etiraz aksiyalarında həlledici rol oynadığını da bildirib. Həmin etiraz aksiyaları zamanı Britaniyanın Tehrandakı səfirliyinin bir neçə əməkdaşı da həbs olunmuşdu.

Rasayi deyib ki, Britaniyaya qarşı dediklərini sübut etmək üçün səfirliyin içindən xüsusi məxfi sənəd axtarmağa ehtiyac yoxdur. “Hamıya məlumdur ki, bu səfirlik casus sığınacağıdır”.

İran xəbər agentliklərinin məlumatına görə, hücum edənlərdən bəziləri səfirlikdən məxfi və kəşfiyyat xarakterli sənədləri də ələ keçiriblər.
XS
SM
MD
LG