Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 19:01

Deputatlar Fransanı tənqid etdilər


Milli Məclis
Milli Məclis
«Fransa büdcəsinin 45 min avroya ehtiyacı var».

Bunu dekabrın 23-də Milli Məclisin spikeri Oqtay Əsədov Fransa Milli Assambleyasının «erməni soyqırımı» haqda qərarına münasibət bildirərkən deyib.

Deputat Siyavuş Novruzov isə bildirib ki, bu qərar Azərbaycan cəmiyyətində hiddətlə qarşılanıb: «Bu, Avropa dəyərlərinə zidd addımdır. Bu məsələdə Azərbaycan Türkiyənin atacağı hər addımda onun yanında olacaq».

Deputat Mübariz Qurbanlı qeyd edib ki, hələlik bu qanun layihəsi Milli Assambleyadan keçib: «Senatda da bu məsələ müzakirə olunacaq. Ümid edək ki, senat bunu qəbul etməyəcək».

M.Qurbanlı deyib ki, Azərbaycan lazımi addımlar atacaq. Ancaq bəzi məsələlərin tam aydınlaşmasını gözləmək lazımdır.

Deputat İqbal Ağazadə də bildirib ki, bu, ifadə azadlığına, insan haqlarına ziddir: «Fransa parlamenti bu qərarı qəbul etməklə əslində öz vətəndaşlarının hüquqlarını pozub».

Dekabrın 22-də Fransa Milli Assambleyası «erməni soyqırımı»nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib.

Əli Əhmədov
Əli Əhmədov
«FRANSA BUNDAN SONRA DEMOKRATİYA DƏRSİ KEÇMƏMƏLİDİR»

«Fransa parlamentinin «erməni soyqırımı» ilə bağlı qərarı Fransanın demokratik ölkə imicinə kölgə salır».

Bu fikirləri Milli Məclisin iclasında Yeni Azərbaycan Partiyası sədrinin müavini Əli Əhmədov söyləyib: «Fransa bundan sonra heç kimə demokratiya dərsi keçməməlidir».

Ə.Əhmədovun fikrincə, bu qərardan sonra Fransanın Minsk Qrupunun həmsədri kimi ədalətli mövqe nümayiş etdirəcəyinə ciddi şübhə yaranıb.

Parlamentin vitse-spikeri Bahar Muradova isə deyib ki, Azərbaycan dövləti, parlamenti və xalqı Türkiyənin yanındadır:

«Fransa Milli Assambleyasının məlum qərarı Avropa dəyərlərinə ziddir. Türkiyəyə qarşı yönəlmiş bu iddia həm də qardaş ölkənin Avropa Birliyinə üzvlüyünə qarşı yönəlmiş addımdır. Fransa parlamentinin bu qərarı gülüncdür».
XS
SM
MD
LG