Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 16:59

TQDK sədri orta məktəblərdə imtahanların nəticələrini tənqid edib


Məleykə Abbaszadə
Məleykə Abbaszadə
«Bu il orta məktəbləri 100 min məzun bitirib. Onların 20 faizi attestat ala bilməyib, daha 20 faizi attestat alıb, imtahanlarda iştirak üçün sənəd versə də, orada iştirak etməyib. Məzunların 32 faizi qəbul olmayıb, qalanları isə müxtəlif ballarla ali təhsil müəssisələrinə və orta ixtisas məktəblərinə daxil olublar. Belə çıxır ki, 70 faizdən çox məzun əmək bazarına məktəbdə olan biliklərlə daxil olurlar».

Bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib.

«Mərkəzləşmiş imtahanlar keçirilirsə, belə nəticələr olmamalıdır. Nə üçün 3 ildir qəbul imtahanlarından əvvəl keçirilən mərkəzləşmiş imtahanlarda 0-100 bal toplayan uşaqlara attestat verib, TQDK-ya göndərirlər?», - deyə TQDK sədri sual edir.

M.Abbaszadə bildirib ki, Təhsil Nazirliyi problemlərə ciddi yanaşmalıdır:

«2009-cu ildən başlayaraq biz mərkəzləşmiş imtahanlarla bağlı təkliflərimizi Təhsil Nazirliyinə göndərmişik. Lakin bu 3 il ərzində bu imtahanların nəticələrində irəliləyiş görmədik. Bu problemlər müzakirə olunmalıdır. 2002-ci ildən biz attestat qiymətləri ilə qəbul imtahanlarının nəticələrini müqayisə edib Təhsil Nazirliyinə məlumat vermişik. O zaman əlaçıların sayı 4500-dən çox idi. İndi əlaçıların sayı xeyli azalsa da, 0-100 bal nəticə göstərən əlaçılar hələ də var». /apa/
XS
SM
MD
LG