Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 12:37

Bəxtiyar Hacıyev həbsdə qaldı


Azerbaijan -- Jailed activist Bakhtiyar Hajiyev in court, 18May2011
Azerbaijan -- Jailed activist Bakhtiyar Hajiyev in court, 18May2011
Dekabrın 29-da Penitensiar Xidmətin 14 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Bəxtiyar Hacıyevin vaxtından əvvəl şərti azadlığa buraxılması ilə bağlı ərizəsinə baxılıb. Qaradağ rayon Məhkəməsinin hakimi Rəşad Mustafayev ərizəyə 14 saylı cəzaçəkmə müəssisəsinin rəisinin otağında baxıb və onu təmin etməyib.
Bəxtiyar Hacıyevin hüquqlarının müdafiəçiləri qrupunun rəhbəri İntiqam Əliyev AzadlıqRadiosuna bildirib ki, Bəxtiyar Hacıyev və onlar məhkəmə prosesinin məhkəmə binasında ictimaiyyətə açıq şəkildə keçirilməsini tələb etsələr də, hakim bu tələbə məhəl qoymayıb.
İntiqam Əliyev:
“Bu gün saat 10.30-da Bəxtiyar həbsxanadan mənə zəng vurub bildirdi ki, hakim prosesi başlayıb, ona dövlət hesabına vəkil təyin etmək istəyirlər. Bəxtiyar prosesin həbsxanada və ictimaiyyət nümayəndələrinin iştirakı olmadan keçirilməsinə etiraz edib. Hakim bu etirazını rədd edib və bildirib ki, ərizəyə baxılması üçün nəzərdə tutulan 10 gün bu gün tamam olduğu üçün prosesi mütləq keçirməlidir. Bəxtiyarla belə razılaşdıq ki, hakim özbaşınalıq edib ictimaiyyət nümayəndələrinin buraxılmadığı və dövlət hesabına təyin olunmuş vəkilin iştirakı ilə prosesi qapalı müəssisədə keçirməkdə təkidli olsa, ona yazılı etiraz edəcək. Bu halda hakim prosesi təxirə salmalı və etirazı həll etmək üçün rayon məhkəməsinin sədrinə göndərməli idi. Sonradan yenidən 12.30-da zəng vurdu və bildirdi ki, hakim onun etirazlarına baxmayaraq həbsxana rəisinin otağında proses keçirilib. Bəxtiyar dövlət hesabına təyin olunmuş vəkilə və hakimə etiraz etməsinə baxmayaraq hakim prosesi davam etdirib. Bəxtiyar etiraz əlaməti olaraq məhkəmə zalını – rəisin otağını tərk edib”.
Qaradağ rayon Məhkəməsindən AzadlıqRadiosuna bildiriblər ki, cəzaçəkmə müəssisəsinin tərbiyəvi işlər üzrə müavini Bəxtiyar Hacıyev barədə müsbət xasiyyətnamə vermədiyinə görə məhkəmə hesab edib ki, o, hələ islah olunmayıb.
Keçmiş deputatlığa namizəd B. Hacıyev hərbi xidmətdən yayınmada ittiham olunaraq 2 il müddətinə azadlıqdan məhrum edilib.
Bir sıra yerli və beynəlxalq hüquq müdafiə təşkilatları onun həbsinin siyasi fəaliyyəti ilə bağlı olduğunu deyir.
XS
SM
MD
LG