Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 23:59

İran Astarasında dollar və manat bahalaşıb


Foto: Arxiv
Foto: Arxiv
İranın Azərbaycanla sərhəd bazarlarında istehlak malları ucuzlaşır.

İranla işləyən sahibkarlar deyirlər ki, İran Astarasında 1 ABŞ doları 2100 tümənə qalxıb. Halbuki, bir həftə əvvəl 1 ABŞ dolları 1700-1800 tümənə olub. 1 Azərbaycan manatı da 2100-2300 tümənə satılır. İranın elə əraziləri var ki, orada 1 ABŞ dollarına 4000 tümən də verirlər.

Bir həftə ərzində İran Astarasında toyuq əti 20-25, düyü 10-15, kartof 10-20 qəpik ucuzlaşıb.

İqtisadçı Vidadi Mirzəyev deyir ki, baş verənlərin obyektiv səbəbləri var. İrana tətbiq edilən sanksiyalar öz nəticəsini verir:

«Belə getsə, İran da İraqın kökünə düşəcək. Səddam Hüseynin dövründə İraqda 1 ton benzinə 1 dollar verirdilər. İranın milli pulu dəyərdən düşməkdə davam edəcək».

İran Astarasında mağazalara ABŞ dolları və Azərbaycan manatını götürməyi qadağan ediblər. İranın sərhədyanı ərazilərində əsasən ABŞ dolları, Azərbaycan manatı və rus rublundan istifadə olunur.
XS
SM
MD
LG