Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 20:43

Can Bonomo: “TRT "Eurovision" üçün məni seçməkdə böyük cəsarət göstərdi”


Can Bonomo
Can Bonomo
Türkiyənin “Eurovision” təmsilçisi Can Bonomo hazırda medianın diqqət mərkəzindədir. Habertürk müxbirinin ondan aldığı kiçik müsahibəni sizə təqdim edirik.


- Gərginsənmi?

- Çiynimdə böyük bir yük var. Amma altından qalxa biləcəyimi düşünməsəydim, təklifi qəbul etməzdim.

- Vəziyyəti biləndə, ilk dəfə kimə xəbər verdin?

- Heç kimə. Xəbər ilk dəfə TRT tərəfindən açıqlanacağından heç kimə deməməmizi xahiş etdilər. 2 narahat gün keçirdim. Sürprizdi axı.

- Karyerana və sənə zərər verməsindən ehtiyatlandıqları üçün “Eurovision”a getməyini istəməyənlər var…

- Mən 24 yaşında gənc sənətçiyəm. TRT məni seçməkdə böyük cəsarət göstərdi. Bu təklifi qəbul edəcək cəsarəti özümdə tapmasaydım, axmaq olardım. Hələ karyeramın başındayam. 40 yaşlı özünü təsdiq etmiş bir sənətçi olsaydım, qorxa bilərdim. İtirəcək heç nəyim yoxdur.

- Bir də TRT ilə tapşırıqla anlaşdığını iddia edənlər var…

- Belə qaralamalar olacaq.



- Öz tərzi olan, müstəqil olmağı sevən bir musiqiçisən. “Eurovision” isə qaydaları olan, sənətçini buxovlayan bir yarışmadır. Elə TRT də… Bu protokollar, sərhədlər səni depressiyaya salmayacaq ki? Yaradıcılığını məhdudlaşdırmayacaq ki?

- “Eurovision”la bağlı bu fikirlərə qatılmıram. Əlbəttə, bəzi ölçülərə uymaq lazım gələcək, fəqət TRT öz sənətçisinə kifayət qədər müstəqillik verən bir qurumdur. Əvvəl bir az ehtiyatlanırdım. Amma işin içinə girdikdən sonra düşndüklərimin doğru olmadığını gördüm. Özüm olmağa davam edirəm. Sadəcə, bir az da yorğunam.

- Musəvi olman bilinəndə bir az üstünə gələnlər oldu. Bununla bağlı demək istədiyin bir şey varmı?

- Heç kimi maraqlandırmayan sualdır. Heç bir vaxt bu məsələni mən açmıram. Elə bu təbliğatın gündəmə gəlməsinə də səbəb budur. Deməyə utandığım bir açıqlama olmasına baxmayaraq, bir dəfə də açıqlamağa çalışacam. Türkiyədə 36 etnik mənşəli xalq illərdir sülh və əminamanlıq içində bir bayraq altında yaşayır. Mən bir Səfarad yəhudisiyəm. Mənim babalarım bu torpaqlara 540 il öncə gəliblər. 2012-ci ildə ölkəmizi, bayrağımızı təmsil edəcəyəm. Nəyə inandığımın bayrağımla, torpağımla, sənətimlə və hər şeydən öncə kimsəylə ilgisi yoxdur. Olmamalıdır da.

- Media marağını sənin üstündə cəmləyib. Atdığın hər addıma diqqət etmən gərək olacaq…Buna hazırsanmı?

--Onsuz da gündəlik həyatda çox çılğın addımlar atan adam deyiləm. Normal olmağa davam etdiyim vaxt ərzində media ilə yaxşı anlaşacağımızı düşünürəm.

- Haqqında deyilənlərdən ən çox xoşuna gələn və səni ən çox əsəbiləşdirən nə oldu?

- Medianın çarəsizlikdən uydurduğu yalan xəbərlər əslində məni hirsləndirməliydi. Fəqət o qədər qurama və gülməli idilər ki, çox əyləndim.

- Ağır günlərində sənə ən çox nə güc verir?

- Musiqi dinləmək, evi səliqəyə salmaq, yaxın dostlarım və ailəm.
XS
SM
MD
LG