Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 08:55

Fransanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb



Fransanın Azərbaycandakı səfiri Qabriel Keller Azərbaycanın xarici İşlər nazirliyinə çağrılıb.

Xarici İşlər nazirinin müavini Xələf Xələfov səfirə “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsinin yanvarın 23-də Fransa Senatında müzakirəyə çıxarılmasından Azərbaycan tərəfinin ciddi narahat olduğunu bildirib, belə bir sənədin qəbul edilməsinin regional proseslərə mənfi təsir göstərə biləcəyini vurğulayıb.


***



Fransa parlamentində Senatın Qanunlar Komissiyası «erməni soyqırımı» haqda qanun layihəsini rədd edib.

Bu qərarın lehinə 23, əleyhinə 9 səs verilib. Komissiyanın 8 üzvü səsvermədə iştirak etməyib.

Komissiyanın sədri Jean Pierre Sueur deyib ki, «bu qanun keçsə, konstitusiyanın pozulacağına böyük risk var».

«Biz tarixi qanunlarla yaza bilmərik. Söz azadlığına hörmət qoyulmalıdır».

KOMİSSİYANIN QƏRARI NƏ DEMƏKDİR?

Komissiyanın qərarı məcburi qüvvəyə malik deyil.

Yəni bu qərar, qanun layihəsinin yanvarın 23-də Senatda səsverməyə çıxarılmasının qabağını almır.

Ancaq bu, «erməni soyqırımı» haqda qanun layihəsinə parlamentdə ilk dəfə “yox” deyilməsidir.

Bundan başqa, Senatın mətbuat xidmətindən Associated Press Agentliyinə deyiblər ki, əksər vaxtlarda Senatdakı səsvermələrdə senatorların necə səs verəcəyi Qanunlar Komissiyasının qərarından bəlli olur.

Senat adətən Qanunlar Komissiyasının mövqeyində olur.

Ancaq Senat qanun layihəsini rədd etsə, bu, layihənin məhvi demək deyil.

Aşağı palata qanun layihəsində dəyişiklik edib, onu yenidən qəbul edə və yenidən Senata göndərə bilər.

Fransa parlamentinin aşağı palatasından keçən qanun layihəsi 1915-ci ildə Osmanlı Türkiyəsində ermənilərin qırğınına soyqırımı deyilməməsini cinayət sayır. Bunun «soyqırımı» olmasını danmağa görə, 1 il həbs cəzası və 45 min avro cərimə nəzərdə tutulur.

Yanvarın 23-də Senatda keçirilməli səsvermə haqda Senatın mətbuat xidmətindən Associated Pressə deyiblər ki, əgər Senat qanun layihəsini rədd etsə, qanun layihəsinin reallaşması prosesi çox uzanacaq.

Onda hər iki palatadan olan komissiyalara tapşırılacaq ki, aradakı fikir ayrılıqlarını aradan qaldırsınlar.

"DANIŞMAĞIN BƏZİ NÖVLƏRİNİ KRİMİNALLAŞDIRMAQ OLMAZ"

Fransada 500 min erməni əsilli var.

Qanunlar Komissiyasının bəyanatında deyilir: «Soyqırımı olub. Komissiya erməni xalqına sonsuz hörmətini bildirir. Ancaq tarix meydanına qanunvericiliyin müdaxiləsinin legitimliyinə komissiya şübhə edir».

Komissiya hesab edir ki, danışmağın bəzi növlərini qanunla kriminallaşdırmaq düzgün yol deyil.

Komissiyanın qərarını Türkiyə alqışlayıb.

Parisdəki Türkiyə səfirliyindən Engin Solakoğlu deyib ki, «Ankara bu qərarı alqışlayır. Senat Komissiyası ortaya aydın mövqe qoydu və bildirdi ki, bu qanun layihəsi anti-konstitusyondur».

SENAT NECƏ SƏS VERƏCƏK?

Senatda səsvermə tamam başqa nəticəni göstərə bilər.

Səsvermənin necə ola biləcəyini Frans Press Agentliyi araşdırıb.

Fransa Senatında 343 deputat var.

Prezident Sarkozynin 132 deputatdan ibarət UMP blokunun sədri Jean Claude Gaudin deyib ki, “blokun əksər üzvləri qanun layihəsinə səs verəcək. Xırda azlıq əleyhinə olacaq, ya da səsvermədə iştirak etməyəcək”.

Sosialistlərin 130 deputatlıq bloku var. Blokun sədri Francois Rebsaman deyib ki, “blok qanun layihəsinə səs verəcək”.

MÜXALİFƏT LİDERİNİN MƏKTUBU

null
null
Türkiyənin əsas müxalifət partiyasının lideri Kemal Kılıçdaroğlu Fransada bu ilin sonundakı prezident seçkilərində sosialistlərin namizədi olan Francois Hollandeyə yazdığı məktubunda bildirir ki, qanun layihəsinin qəbulu Türkiyə ilə Fransa arasında görünməmiş böhrana gətirəcək.

Məktubun surəti Senatın sədri, sosialist Jean Pierre Belə də göndərilib.

Frans Pressin əldə etdiyi məktubda deyilir: “türklər inana bilmirlər ki, Volterin və Didronun ölkəsi söz azadlığını tapdalaya bilər”.
XS
SM
MD
LG