Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:08

Nəvəsi Rəsulzadə haqda nələr danışdı?


Rais Rəsulzadə
Rais Rəsulzadə
BİR BAYRAQ ƏFSANƏSİ

29 yanvar, saat 20-05-də.

Canlı dinləyin!

Proqramı qaçırdınızsa,
Tələblə arxivdən dinləyin!

Yanvarın 31-i Azərbaycan tarixi üçün unudulmaz gündür.
Məhəmməd Əmin Rəsulzadə elə rəmzlərdən sayılır ki, onun doğum günü mənliyini, ləyaqətini, onurğasını qorumaq istəyən, çağdaş dünya ilə bir olmağı uman, gericil təsəvvürlərdən qurtulmağa can atan hər kəs üçün əziz gündür.

Bu “İZ” onun izi olsun - dedik, onun işığına yığışaq, onu anaq - dedik və “Bir bayraq əfsanəsi” radio dastanını doğum günü ərfəsində sizə təqdim etməyə qərar verdik.

“İz”in qonağı Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rais Rəsulzadədir.

--Adını çəkmək yasaq, anmaq yasaq...Rais bəy babasının kimliyini nə vaxtdan anladı?

--Sovetlər dövründə gənc Raisin M.Ə. Rəsulzadənin nəvəsi olduğunu bilənlər necə davranırdılar?

--Rais bəy babasının Stalinlə münasibətindən nələr danışdı?

--Bəs Nəriman Nərimanovla?

--Rəsulzadələr ailəsi necə yaşadı, nələr çəkdi?

--Rais bəy Ümbül Banunun “Vətən ayrısı” şeirini söylərkən niyə ağladı?

--Aparıcının: “Məhəmməd Əmin Rəsulzadənin ruhu nədən inciyir”—sualına necə cavab verdi?

Sualların cavabı bu axşam efirə gedən AzadlıqRadiosunun “İz” proqramında.

Bu “İZ”i qaçırmayın.
XS
SM
MD
LG