Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 09:26

Suriya ilə bağlı qətnamə səsverməyə çıxarılır


Suriyanın rəsmi kütləvi informasiya vasitələri ordu qüvvələrinin Homs şəhərində 200-dən çox adamı öldürməsilə bağlı yayılmış məlumatları təkzib edirlər.

Bir sıra insan haqları qrupları cümə günü şəhərdə azı 217 adamın öldürüldüyünü, yüzlərlə adamın yaralandığını deyirlər.

DPA agentliyi yerli fəallara istinadla hələ də şəhərdə snayper atəşləri eşidildiyini xəbər verir.

Homsda baş verən hadisələrə etiraz olaraq Berlin, London və Qahirə də daxil olmaqla
Suriyanın xaricdəki səfirlikləri qarşısında aksiyalar keçirilib.

Həmçinin Suriyanın Vaşinqtondakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib.

Aksiyaçılardan biri əslən Suriyadan olan Mohammad Kousha Homsda baş verənlərin dəhşət olduğunu deyib.

BMT-nin təhlükəsizlik şurasında Suriya ilə bağlı yeni qətnamə layihəsinin səsə qoyulacağı gözlənilir.

BMT-nin məlumatına görə, ötən il martın ortalarından bu yana Suriyada 5 mindən artıq adam öldürülüb.
XS
SM
MD
LG