Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:39

3 ay Türkiyədə, 3 ay vətəndə


Erməni fəhlələr
Erməni fəhlələr
«Hələ ki, söz-söhbət və çaxnaşma var. Heç kim nə edəcəyini 100 faiz bilmir».

İcazə olmadan 6 ildir ki, Türkiyədə yaşayan və işləyən Ermənistan vətəndaşının narahatlığına səbəb Türkiyənin miqrasiya qanunvericiliyinə edilən dəyişiklikdir. Bu dəyişikliyə görə, Türkiyədə 3 ay qaldıqdan sonra xarici vətəndaş ölkəni tərk etməyə məcburdur. Yeni vizanı isə yalnız 3 aydan sonra almaq mümkündür.

Qaydanı pozanları isə bir çoxları üçün altından çıxmaq mümkün olmayan cərimə gözləyir.

Həmsöhbətim 6 ildir hər ay sərhədi keçərək yeni viza aldığını və dərhal da geri qayıtdığını deyir. Məhz bu yolla 6 ildir ki Türkiyədə qalıb işləyir:

«- Burada işləyən heç kim qanuna əməl edə bilməyəcək. 3 ay burada, 3 ay vətəndə qala bilməzlər. Belə olsa, işlərini itirərlər.

- Bəs sanksiya tətbiq etməyə başlasalar, necə olacaq?

- Bizi deportasiya etməyincə, burada qalacayıq».

«BAŞQA YOLLAR AXTARIRIQ»

Həmsöhbətim deyir ki, müvafiq icazəsi olmadan Türkiyədə yaşayan Ermənistan vətəndaşları Türkiyədə qalmağın başqa yollarını tətbiq etmək istəyirlər:

«Yerli qanunvericiliyə əsasən, Türkiyə vətəndaşı təsdiqləyərsə ki, evində qonaq qalırsan, onda xarici vətəndaş daha 3 ay ölkədə yaşaya bilər. Amma belə olan halda sənin işləmək icazən olmur. Mən şəxsən tanışlarım vasitəsilə belə edəcəyəm və bu yolla burada qalıb işləyəcəm. Sonrasına baxarıq da».

Ermənistanın Dövlət Miqrasiya Xidməti xarici ölkələrə, xüsusən də diplomatik əlaqələrin olmadığı Türkiyəyə gedən və qayıdan vətəndaşlarının sayını bilmir. Müxtəlif mənbələrdə isə fərqli məlumatlara rast gəlinir. Türkiyə rəsmilərinin məlumatına görə, bu ölkədə 50-80 min Ermənistan vətəndaşı var.

Ermənistan Dövlət Miqrasiya Xidməti rəhbərinin müavini İrina Davtyan bu rəqəmlə razılaşmır. Deyir ki, Türkiyənin statistika xidmətinin saytında başqa rəqəm göstərilir – bildirilir ki,
Foto: Arxiv
Foto: Arxiv
son 10 ildə təxminən 6000 Ermənistan vətəndaşı Türkiyəyə gedib və geri qayıtmayıb.

«İSTƏSƏYDİLƏR, DƏYİŞİKLİK OLMADAN DA DEPORTASİYA EDƏRDİLƏR»

«Miqrantların axını fonunda bu rəqəm diqqət çəkmir. Düşünmürəm ki, qanunvericiliyə dəyişiklik Ermənistan vətəndaşlarına da şamil olunur». İrina Davtyan belə deyir. «İstəsələr, qanunvericiliyə dəyişiklik olmadan da sanksiya tətbiq edə bilərlər. Çünki mətbuatın da yazdığı kimi, Türkiyə rəsmiləri qeyri-qanuni miqrantların harada yaşadığı və işlədiyini çox yaxşı bilirlər. İstəsələr, onları ölkədən deportasiya edə bilərlər».

RUSİYANIN MİQRASİYA SİYASƏTİ

Bu yaxınlarda Rusiyanın Baş naziri Vladimir Putin Rusiya Federativ Miqrasiya Xidmətinin iclasında iştirak edib. O, deyib ki, ölkənin əmək və miqrasiya qanunvericiliyini pozanların 10 il müddətinə ölkəyə girişi qadağan olunmalıdır. Bundan başqa, Putinin fikrincə, miqrantlar rus dilini bilməklə yanaşı, rus ədəbiyyatı və tarixini də minimum səviyyədə bilməli, bunu imtahan qaydasında sübuta yetirməlidirlər.

İrina Davtyan deyir ki, Putinin dedikləri Rusiyanın özünəməxsus miqrasiya siyasətindən xəbər verir:

«İndi onlar təkcə Rusiyada işləmək istəyənlərə yox, həm də burada yaşamaq istəyənlərə üstünlük vermək istəyirlər. Eyni zamanda, Putinin də dediyi kimi, onlar qanuna əməl etməyən vətəndaşlardan yaxa qurtarmaq istəyirlər. Bu isə təəccüblü deyil. Bir yandan yüksək səviyyəli miqrantları cəlb etmək, o bir yandan qanunu pozan vətəndaşları uzaqlaşdırmaq istəyirlər».

Rusiyada miqrantlar, 7 mart 2007
Rusiyada miqrantlar, 7 mart 2007
«PROBLEMİ ERMƏNİSTAN HƏLL ETMƏLİDİR»

Putinin təklifləri nə vaxt qanun şəklini alacaq, bu hələ bilinmir. Hətta bu baş verərsə, İrina Davtyanın fikrincə, Rusiyada yaşayan və işləyən ermənilərə bunun mənfi təsiri olmayacaq:

«Rusiya rəsmiləri də qeyd edirlər ki, Ermənistan vətəndaşları qanunpərəstdirlər. Əlbəttə, bu, qəribə səslənə bilər. Biz həmişə hesab edirik ki, ermənilər çox asanlıqla qanunu pozandırlar. Amma elə vəziyyət yaranır ki, biz qanunu pozmamalıyıq və çox ehtimal ki, biz bunu etmirik - qanunu pozmuruq».

Etnoqraf Qranuş Xaratyan isə deyir ki, hələ ki Rusiyada, xüsusən də Türkiyədə hadisələrin necə cərəyan edəcəyi, Ermənistan vətəndaşlarının iş yerlərini itirərək qayıdıb-qayıtmayacaqları bilinmir. Amma bircə o aydındır ki, problem Ermənistanda həll olunmalıdır.

«Bunu həll etməyin bir yolu var – ölkəni inkişaf etdirmək. Ermənistan vətəndaşları, o cümlədən xaricdə yaşayan vətəndaşlarımız üçün başlıca dayaq Ermənistanın özü olmalıdır» - Qranuş Xaratyan belə deyir.
XS
SM
MD
LG