Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 11:41

İranda həbsdəki fəal aclıq edir


İranda azərbaycanlı fəallar İbrahim Savalan (Rəşidi) və Əfşin Şahbazi 14 gündür həbs olunublar. Onların həbs edilməsinin səbəbi haqda yaxınlarına heç bir məlumat verilmir.
Həbs olunanlardan biri - İbrahim Savalan 10 gündən çoxdur aclıq edir. Bu haqda AzadlıqRadiosuna onun qardaşı Cəlal Rəşidi məlumat verib. Onun sözlərinə görə, qardaşı Təbriz ETTELAAT idarəsində ayrıca kamerada saxlanılır:
«Hər dəfə bizi qapıdan qaytarırlar ki, özümüz lazım olanda sizi dəvət edəcəyik. Bizə qardaşım haqda heç nə demirlər, heç nə... O da buna görə 10 gündən çoxdur aclıq edir. Yeməkdən də, sudan da imtina edib ».
İbrahim Savalan həm jurnalist, həm də hüquq müdafiəçisidir.
Qardaşı deyir ki, o əvvəllər də həbs olunub və işgəncələrə məruz qalıb. Onunla bağlı bir neçə məhkəmə işi var.
Əfşin Şahbazi isə Azərbaycan Tanıtım Ocağının fəal üzvü və Təbriz universitetinin tələbəsidir.
Əfşin Şahbazi Sulduz hadisələrinin il dönümündə və Urmu gölünün qurudulmasına etirazlar zamanı da həbs olunub.
İrandan gələn xəbərlərdə son günlər azərbaycanlı fəalların həbsinin artdığı bildirilir.
XS
SM
MD
LG