Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 07:28

Putin müttəhim kürsüsündə (VİDEO)


«Youtube»də yayılmış videodan görüntü
«Youtube»də yayılmış videodan görüntü
Kimsə öz arzusunu həyata keçirməyin yaradıcı yolunu tapıb. Arzu - Rusiya baş naziri Vladimir Putini müttəhimlər kürsüsündə görmək. Yaradıcılıq isə videomontaj.

Bu günlərdə «YouTube»da yeləşdirilən «Vladimir Putinin həbsi: Məhkəmə zalından reportaj» adlı video kosmik sürətlə sosial şəbəkələrdə və dünya mediasında yayılıb. 50 saniyəlik videoyaya artıq 3 milyondan çox adam baxıb, altında 20 mindən çox şərh yazılıb.

Həqiqətən də, videonun saxta olmasına dəlalət edən heç bir görüntü qüsuru yoxdur. Sanki hər şey realdır. Rusiyanın birinci kanalının TV reportajında məhkəmə zalı göstərilir. Qaşqabaqlı Putin müttəhimlər üçün nəzərdə tutulan qəfəsin içindədir, hakimin prosedur suallarına cavab verir:

- Soyadınız, adınız?
- Vladimir Putin.
- Milliyətiniz
- Rusiya Federasiyasının vətəndaşı.



Videoda müxbir xəbəri təqdim edərək deyir: «İndicə xəbər aldıq ki, 3 saat əvvəl keçmiş baş nazir Vladimir Putin xüsusi nəzarət altında Xamovni məhkəməsinə gətirilb. Hakim Viktor Danilkinin mətbuat katibi məsələyə bir qədər aydınlıq gətirərək bildirdi ki, bu gün məhkəmə hökmünün oxunuşuna başlanıb. Hələlik hökmün ancaq giriş hissəsi, keçmiş baş nazirə qarşı irəli sürülən ittihamların əsaslandırılması hissəsi oxunub. Bu ittihamlar arasında «külli miqdarda dövlət vəsaitinin mənimsənilməsi», «maliyyə fırıldaqları» və «vəzifədən sui-istifadə» maddələri var. Sabah hökmün ən başlıca maddəsinin əsaslandırılması oxunacaq, baş nazirə qarşı irəli sürülən 205-ci maddə əhalini qorxutmaq məqsədilə terror aktlarının təşkilini nəzərdə tutur».

Videonu hazırlayanlar, görünür, siyasi məsələlərə diqqət çəkmək istəyiblər. Putin əleyhidarları tez-tez Putinin hakmiyyətə gəlməsi ərəfəsində Moskvada və Rusiyanın digər şəhərlərində yaşayış binalının partladılması dalğasını xatırladır, iddia edilər ki, bu terror aktları Putinin hakmiyyətə gətirilməsi üçün xüsusi xidmətlər tərəfindən həyata keçirilmişdi.

Videoda daha bir eyham, Rusiyada son illərin ən səs-küylü siyasi prosesinə çevrilən, YUKOSun rəhbəri Mixail Xodorovskinin həbsinədir. Videoda adı çəkilən Viktor Daniloçkin, Xodorkovskiyə hökm oxuyan hakimdir.

Videonu YouTubeda 18 min adam şərh edib. Onlardan birində video müəlliflərinin namizədliyini videomontaj üzrə Oscar mükafatına təqdim olunması çağırışı da var.
XS
SM
MD
LG