Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 07:30

«ABŞ gələn il də Qafqazda sülh, demokratiya və inkişafı dəstəkləyəcək»


Hillary Clinton
Hillary Clinton
«Birləşmiş Ştatlar gələn il də Qafqazda sülh, sabitlik, demokratiya, insan haqları və inkişafı dəstəkləyəcək».

Bu bəyanatla ABŞ-ın Dövlət katibi Hillary Clinton «FY 2013 Beynəlxalq Münasibətlər və Konqresin Büdcə Təsdiqləmələri» iclasında çıxış edib.

«Birləşmiş Ştatlar Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi istiqamətində Minsk Qrupundan olan tərəfdaşları ilə birgə çalışır», - deyə Dövlət katibi əlavə edib.

Digər regional münaqişələr barədə danışan H.Clinton Gürcüstan ərazisində mövcud olan Abxaziya və Cənubi Osetiya münaqişələrinə də toxunub:

«Gürcüstan hələ də Abxaziya və Cənubi Osetiya münaqişələri ilə üz-üzədir. Bu münaqişələrə həmçinin Rusiya ilə 2008-ci ilin avqustunda baş verən hadisələri də şamil etmək olar. Bununla belə gündəlikdə olan ambisiyalı siyasi və iqtisadi islahatlar davam etdirilir. ABŞ-ın məqsədi suveren, bütöv Gürcüstanı güclü tərəfdaş və regionda demokratik islahatların potensial modeli kimi dəstəkləməkdir».

H.Clinton qeyd edib ki, Birləşmiş Ştatlar Türkiyə və Ermənistan arasında münasibətlərin yaxşılaşmasının tərəfdarıdır.

Dövlət katibi 2013-cü ildə Obama administrasiyasının əvvəlki illə müqayisədə humanitar yardımları 300 milyon dollar azaldacağını bəyan edib:

«Biz Avropa, Avrasiya və Mərkəzi Asiyada bütün yardımları 2013-cü ildə 18 faiz azaltmağı planlaşdırırıq». /apa/
XS
SM
MD
LG