Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 15:22

Xocalıda girov götürülənlərdən 150 nəfərin taleyi məlum deyil


Xocalı qətliamı
Xocalı qətliamı
Xocalı faciəsi zamanı 5379 nəfər deportasiyaya məruz qalıb. 613, o cümlədən 63 nəfər azyaşlı uşaq, 106 nəfər qadın qətlə yetirilib. 8 ailə bütünlüklə məhv edilib. 1275 nəfər əsir və girov götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi indiyədək məlum deyil.

Bunu Respublika Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin şöbə rəisi Mehman Poladov fevralın 22-də keçirdiyi brifinqdə deyib.

M. Poladov qeyd edib ki, bu iş üzrə 3000 nəfər şahid və zərərçəkmiş şəxs qismində dindirilib. 800-dən artıq ekspertiza keçirilib. Nəticədə 39 nəfərin (onlardan 18-i keçmiş SSRİ Müdafiə Nazirliyinin 366-cı motoatıcı alayının hərbi qulluqçuları, 8-i Xankəndi və Əskəran Daxili İşlər Şöbəsinin əməkdaşlarıdır) Xocalı qətliamında iştirakı tam sübuta yetirilib. Onlar axtarışdadırlar.

Ekspertizalarla müəyyən edilib ki, Xocalının məhv və talan edilməsi nəticəsində Azərbaycan dövlətinə və vətəndaşlarına 140 milyon manatdan artıq ziyan vurulub. İş üzrə istintaq tədbirləri davam etdirilir.
XS
SM
MD
LG