Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 13:16

35 avtobus sürücüsü cəzalandırılıb


Foto: Arxiv
Foto: Arxiv
Bakıda avtobus sürücülərinə qarşı reydlər keçirilir.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov «Trend»ə bildirib ki, reydlər zamanı 35 avtobus sürücüsü cəzalandırılıb:

«Onlardan 6-sı avtobusu texniki baxışdan keçirməyib. 8-i avtobusu texniki pasport olmadan sürüb, 21-nin isə sənədləri qaydasında olmayıb. Onlar inzibati qaydada saxlanıb, avtobuslar isə müvəqqəti duracağa aparılıb».

V.Əsədov deyib ki, reydlər zamanı sürücülərin bəzən avtobusları ikinci yolda və yolun hərəkət hissəsində saxlaması halları qeydə alınıb:

«Sürücülər sərnişin və piyadaları təqsirləndiriblər. Bildiriblər ki, sərnişinlər yolun hərəkət hissəsinə çıxır və onlar məcburiyyətdən avtobusları dayanacaqdan aralıda saxlayırlar».

V.Əsədov reydlərin davam etdirildiyini deyib. /Trend/
XS
SM
MD
LG