Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:46

Qubalılardan həbsdə qalan var


Martın 1-də Qubada icra hakimiyyəti başçısı Rauf Həbibovun istefası tələbi ilə etiraz aksiyası keçirilib
Martın 1-də Qubada icra hakimiyyəti başçısı Rauf Həbibovun istefası tələbi ilə etiraz aksiyası keçirilib
Qubada etiraz aksiyası zamanı saxlanılan Samir Xammədov hələ də həbsdədir. Bu haqda AzadlıqRadiosuna onun atası Valeh Xaməmmədov deyib. O martın 1-də saxlanan oğlunun Bakıya aparıldığını bildirdi. Amma Valeh Xaməmmədov oğlu ilə bağlı cinayət işinin açılıb-açıqlamasından xəbərsizdir.

«Dayısından xəbər gözləyirik. O bizə məlumat çatdırmalıdır» deməklə kifayətləndi.

Qubada saxlananların sayı ilə bağlı müxtəlif məlumatlar dolaşır. Quba rayon Polis İdarəsindən bildirdilər ki, bu haqda yalnız rayon prokurorluğu danışa bilər. Prokurorluqdan isə dedilər ki, baş qarışıqdır və bu işə məsul olanlar iş yerində deyillər.

Respublika Prokurorluğu mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə Quba hadisələrinin istintaqını Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin apardığını bildirib. «Media forum»a danışan Eldar Sultanov istintaqın Cinayət Məcəlləsinin hansı maddələri ilə aparıldığını, həbs edilənlərin olub-olmadığını açıqlamamayıb:

«İstintaq davam edir. İstintaqın gedişi barədə əlavə məlumat veriləcək».

Martın 1-də Qubada icra hakimiyyəti başçısı Rauf Həbibovun istefası tələbi ilə etiraz aksiyası keçirilib. Qubalılar bunu icra başçısının onları təhqir etməsi ilə izah ediblər. Ertəsi gün prezident icra başçısını işdən çıxarıb.
XS
SM
MD
LG