Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 11:24

Obama Iranı vuracaqmı? Prezident fikrini dedi


“Iranı tezliklə vuracaqlar”,

“Israil Irana hava zərbələri endirəcək”,

“Amerika İranla müharibəyə başlayacaq”...

Belə fərzyyələri indi hətta ciddi beynəlxalq mətbuat oqanlarına da oxumaq olar.

Amerika prezidenti Barak Obama isə İrana hücumun artıq qaçılmaz olduğu ilə bağlı fərziyyələri “boş-boş söhbətlər” adlandırıb. Onun fikrincə, İran məsələsi - çox ciddi mövzudur.

Obama bildirib ki, belə söz-söhbət və şayiələrdən faydalanan da elə İrandır. Çünki bu hay-küy neftin qiymətini qaldırır.

Neft gəlirlərisə Tehranın mübahisəli nüvə proqramının əsas maliyyə mənbəyidir

B.Obama:

"Mən istərdim ki, hamımız bunun çox ciddi məsələ olduğunu yaddan çıxarmayaq. İrana qarşı hərbi əməliyyatın Amerika, İsrail və bütün dünya üçün hansı nəticələri ola biləcəyini ciddi şəkildə götür-qoy edək. İndi hay-küy vaxtı deyil, Amerika və İsrailin təhlükəsizliyi, bütün dünyada sülh və təhlükəsizlik naminə biz indi gərək - artan təzyiqlərimizin öz təsirini göstərməsi, qurduğumuz geniş koalisiyanın qorunması üçün gözləyək”.

Obama bunları Amerika-İsrail İctimai Əlaqələr Komitəsindəki çıxışında deyib.

Bu, Vaşinqtonda fəaliyyət göstərən və İsrail üçün lobbiçilik edən təşkilatdır.

Obama bildirib ki, əgər İran nüvə silahı əldə etsə, “dünyanın sabitliyin ən kövrək olduğu regionlarından biri”ndə digər ölkələr də buna can atmağa başlayacaq və bölgədə silahlanma yarışı qaçılmaz olacaq.

Prezidentin fikrincə, hətta təkcə İranın nüvə silahı yaratması həmin silahın terrorçu təşkilatların əlinə düşməsi riskini artıracaq.

Obama deyib ki, hələ ki İranın atom bombası yoxdur və həm ABŞ, həm də İsrail Tehranin nüvə proqramına göz qoyur. Buna görə də

Irana qarşı sanksiyaların öz təsirini göstərməsi üçün zamana ehtiyac var


Obamanın Amerika İsrail İctimai Əlaqələr Komitəsində çıxışı, 4 mart, 2012
Obamanın Amerika İsrail İctimai Əlaqələr Komitəsində çıxışı, 4 mart, 2012
Martın 5-də Ağ evdə Obama ilə İsrailin baş naziri Benyamin Netanyahunun görüşüdür.

ABŞ prezidentinin dediklərinə reaksiya verən Netanyahu deyib ki, Obamanın xarici təhlükə qarşısında İsrailin özünü müdafiə etmək haqqı olduğunu qəbul etməsini yüksək qiymətləndirir.

Bu arada Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) direktoru Yukio Amano bildirib ki, İranın nüvə silahı düzəltməyə çalışması ilə bağlı “ciddi naratlıqları” var.

Martın 5-də Vyanada agentliyin İranın nüvə proqramı ilə bağlı toplantısı keçirilib. Toplantıda agentliyin ekspertlərinin İrana son səfərlərindən sonra hazırladıqları hesabat müzakirə edilib.

Amanoya görə, ötən ilin sonundan etibarən İran uranın zənginləşdirilməsi işində sürəti 3 dəfə artırıb. Bu materialsa nüvə silahının yaradılmasında istifadə edilə bilər.

Amano bildirib ki, İran agentliyin ekspertlərini bütün istədikləri obyektlərə buraxmadığı üçün onun nüvə proqramının dinc məqsədli olduğunu söyləmək üçün BAEA-nın “tutarlı sübutları” yoxdur.

Amma agentliyin direktoru onu da bildirib ki, onlar İranın nüvə proqramı ilə bağlı məsələni yenə də dialoq və konstruktiv ovqatda çözməyə çalışacaqlar.

İran isə özünün nüvə proqramının dinc məqsədli olduğunu bildirir.
XS
SM
MD
LG