Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 12:23

İctimai Palata aprelin 8-nə mitinq təyin etdi


Foto: Arxiv
Foto: Arxiv
Martın 10-da Müsavat Partiyasının qərargahında İctimai Palatanın sessiyası keçirilib.

Sessiyada etiraz aksiyaların keçirilməsi məsələsi də müzakirə olunub.

İctimai Palata qərara alıb ki, aprelin 8-də mitinq keçirilsin, amma harada keçiriləcəyi barədə bir söz deyilməyib. Mitinqin yeri barədə qərarı İP Koordinasiya Şurası verəcək.

KİM NƏ DEDİ

İP üzvü Pənah Hüseyn: «Biz Azərbaycanda başlayan demokratik inqilabın içindəyik. Onu qələbə ilə başa çatdıracağıq. Hakimiyyətə gəlib neft pullarını xalqla bölüşəcəyik. Xalqın banklara olan borclarını siləcəyik. Xalqın əlindən alınmış torpağı, suyu, meşəni xalqa

ictimai palata - 10 mart 2012

İCTİMAİ PALATANIN SESSİYASI
10 MART 2012
qaytaracağıq...».

«Azadlıq» qəzetinin redaktor əvəzi Rahim Hacılı dünyanın gözünün Azərbaycanda olduğunu bildirib: «Quba hadisələri göstərdi ki, ölkədə yeni bir situasiya yetişib. Biz bu situasiyada müstəsna rol oynaya bilərik...».

Sessiyada çıxış edən «Nida» Vətəndaş Hərəkatının üzvü İlkin Qəmbər martın 17-də icazəli mitinq üçün meriyaya müraciət etdiklərini deyib: «Gənclər çalışacaqlar ki, razılaşdırılmış mitinq keçirsinlər. Amma bu olmasa? şəhərdə, mərkəzi yerlərdən birində icazəsiz aksiya keçirəcəyik…».

AXCP sədri Əli Kərimli isə İP-nin Azərbaycanın bütün bölgələrində fəaliyyətinin gücləndirilməsinin vacib olduğunu deyib. O bildirib ki, müxalifət güclü olduğu halda Azərbaycan hakimiyyətini ölkədə islahatlar aparmağa məcbur edə bilər.

İCTİMAİ PALATA BƏYANAT YAYIB

İctimai Palata siyasi məhbusların azad olunmasını və repressiv idarəetməyə son qoyulmasını tələb edir.

İP-nin martın 10-da yaydığı bəyanatda deyilir ki, hökumət insan hüquqlarına, vicdan azadlığına, beynəlxalq demokratiya hərəkatının çağırışlarına hörmət etsin, vicdan məhbuslarını, siyasi məhbusları azad etsin.

«Vətəndaşı saymayan, korrupsiyaya uğramış, insan haqlarını, mülkiyyət hüquqlarını ayaqlar altına salan sülalə rejimi nəhayət anlamalıdır ki, İctimai Palata vicdan məhbuslarının yalnız cismani deyil, eyni zamanda mənəvi azadlığı uğrunda mübarizə aparır və mübarizəsində davamlıdır» - deyə bəyanatda bildirilir.

İctimai Palata bəyan edir ki, demokratiya və islahat çağırışları heç bir kampaniya və ya «Eurovision» tədbirləri ilə bağlı deyil.
XS
SM
MD
LG