Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 10:42

Medvedev Annana tam dəstək söz verir


Rusiya prezidenti Dmitry Medvedev (solda) və Kofi Annan, Moskva 25 mart 2012
Rusiya prezidenti Dmitry Medvedev (solda) və Kofi Annan, Moskva 25 mart 2012
-

Rusiya prezidenti Dmitry Medvedev deyir ki, Kofi Annanın təklif etdiyi vasitəçilik Suriyada uzunmüddətli və qanlı vətəndaş müharibəsindən yayınmağın son şansı ola bilər. Bu barədə Rusiya prezidenti bazar günü Moskvada BMT və Ərəb Liqasının Suriya böhranı üzrə xüsusi nümayəndəsi Kofi Annala görüşdən sonra bildirib.

Rusiyadan gələn xəbərlərə görə Medvedev Annanın missiyasına tam dəstək verəcəklərini bildirib.

BMT-nin keçmiş Baş katibi Annan özünün Suriyada atəşkəsin əldə edilməsinə dair planlarına Rusiyanın da dəstəyini almaq üçün Moskvaya getmişdi.

Danışıqlar ərəfəsində Kreml bildirmişdi ki, xaricdən Suriya müxalifətinə hərbi və siyasi dəstək kəsilməyincə bu ölkədə atəşkəsə nail olmaq mümkün olmayacaq. Moskva hesab edir ki, Suriya məsələsində Qərb birtərəfli şəkildə müxalifətin tərəfini tutur və buna görə də ölkədə döyüşləri qızışdırır. Rusiyanın Suriyada hərbi dəniz donanması yerləşir.

BMT son bir ildə Suriyada rejim dəyişikliyi tələbilə keçirilən etiraz aksiyalarına hökumətin silahlı müdaxiləsi nəticəsində qarşıdurmada 8 mindən çox adamın həlak olduğunu bildirir.
XS
SM
MD
LG