Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 15:28

Araşdırmaçı jurnalistlə məmurun daşqın və korrupsiya ütsündə deyişməsi


Araşdırmaçı jurnalistlə məmurun daşqın deyişməsi
Gözlə

No media source currently available

0:00 0:58:40 0:00
Direct-ə keçid

AraşdırmAraşdırmaçı jurnalistlə məmjrun daşqın deyişməsi



Saatlı rayon Musalı kənd sakini Elşad Məmmədov əmindir ki, 2010-cu ilin daşqınından sonra bərkidilən bəndlər etibarsızıdır və iki il əvvəlki kimi selə tab gətirə bilməyəcək.

O, iddiasını belə əsaslandırır ki, bəndləri möhkəmləndirmək üçün lazım olan torpağı onun yaxın ərazisindən götürürlər. Bu da bəndin tez aşınmasına gətirib çıxarır:
Elşad Məmmədov (solda) və aparıcı Kamran Mahmudov.
Elşad Məmmədov (solda) və aparıcı Kamran Mahmudov.

“Yaxından qazıblar. 30, 20, 17 metr elə yer var 12 metr kənardan yumşaq torpağı, qumu götürüb bənd düzəldiblər. O da təzə vaxtı hündür idi, indi torpaq yatıb lap aşağı olub.

Torpaq götürdükləri yerlərdə ağacların yarısını məhv ediblər, yarısı da indi öz-özünə məhv olur.”

“Korrupsiometr” proqramında müzakirələrə qoşulan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin şöbə müdiri Əbdülrəhim Hacıyev isə narahatlığa əsas olmadığını söylədi.
Əbdülrəhim Hacıyev
Əbdülrəhim Hacıyev

O hesab edir ki, Kür və Araz çaylarında suyun səviyyəsi 2010-cu ilin daşqınından da çox olarsa, yeni qurulan bəndlər tab gətirəcək:

​“Kim deyə bilər ki sabah 5000 kubmetr su gəlməyəcək, Allahla müqavilə bağlayan yoxdur ki.

Çoxillik normalar var. Kür çayının gursululuq illərinə uyğun suyun axıdılması üçün tədbirlər görülür. 1200-1500 kubmetr su təhlükəsiz keçəcək.”

Əbdülrəhim Hacıyev deyir ki, hazırda əsas problem yerli sakinlərin bəndlərin üzərindən yol kimi istifadə etmələri və ona çox yaxın ərazilərdə ev tikmələridir.

Rövşən Hacıbəyli
Rövşən Hacıbəyli
Araşdrımaçı jurnalist, Kür“ vətəndaş cəmiyyətinin nümayəndəsi Rövşən Hacıbəyli isə qeyd edir ki, 2010-cu ilin daşqınından əvvəl də dövlət büdcəsindən bəndlərin möhkəmləndirilməsinə kifayət qədər vəsait ayrılmışdı. Amma həmin pulların hara xərcləndiyinə ciddi suallar yaranır, çünki bəndlərin bərkidilməsi istiqamətində ciddi işlər görülməmişdi.

Rövşən Hacıbəyli düşünür ki, 2010-cu ilin daşqınından sonra ayrılmış pulların necə xərclənməsi barədə şəffaflıq olmadığından yenə də bəndlərin etibarlılığı şübhə altındadır:

“Bəndin hər kilometrinə 110 000 manat xərcləyirlər. Çox yaxın məsafədən torpaq daşınır. Torpaq yaxındırsa deməli sərfiyyat azdır. Yerli sakinlərlə söhbətdə onlar da deyirlər ki, bir kilometrə bu qədər pulun xərclənməsi real deyil. Yerli əhaliyə əsasən deyirəm ki, artıq qrunt suları üzə çıxır.”

Polemikanı ətraflı burada dinləyə bilərsiniz:


Müzakirələrdə səslənən təkliflər:

Rövşən Hacıbəyli:
  • Cəmiyyətin saytında hesabatlar və məlumatlar yerləşdirilsin.
  • Bəndləri istismarı ilə bağlı ona yaxın ərazilərin əhalisi maarifləndirilsin.

Əbdülrəhim Hacıyev:
  • Əhali bəndlərin üstündən yol kimi istifadə etməsin, çünki ağır maşınlar bəndlərdə çat yaranmasına səbəb olur.

Qarşıdan yenə sel-daşqın mövsümü gəlir.

Səncə, “Kürü korrupsiya daşırıb” deyənlər nə qədər haqlıdır?
Bəndlərə ayrılan pulların ünvanına xərcləndiyinə əminsənmi?

Fikirlərini aşağıdakı foruma göndər, sənin də səsi eşidilsin.
XS
SM
MD
LG