Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 21:24

Ali təhsil sistemində qalmaqallar [Video]


AzadlıqFM-də: Ali təhsil sistemində qalmaqallar
Gözlə

No media source currently available

0:00 0:54:52 0:00
Direct-ə keçid
Facebook»un ən çılğın mübahisə mövzuları: 22 min ali təhsil diplomu və «Narxoz»da kütləvi kollokvium etirazları AzadlıqFM-də.

Studiyada qonaqlar - Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sözçüsü Elnur Nağızadə və təhsil məsələləri üzrə ekspert Əlövsət Osmanlı «Facebook» istifadəçilərinin suallarına cavab veriblər.

Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bayram Hüseynzadə, Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Şahin Rəhman da müzakirəyə telefonla qoşulub.


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sözçüsü Elnur Nağızadə bildirdi ki, komissiya rəhbərliyi 22 mindən çox tələbənin diplomunun saxta yox, şübhəli olmasını deyib. O, Təhsil Nazirliyinin 2004-cü ilə qədər Azərbaycanda özəl universitetlərin özlərinin tələbə qəbulu apardıqları, Türkiyədən də tələbə köçürmələri olması ilə bağlı açıqlamasına aydınlıq gətirib:

«2004-cü ildən sonra da Qəbul Komissiyasının test imtahanından keçməyən, amma diplom alan məzunlar var. Məsələn, 2005-2006-cı tədris ili üçün 4061, 2010-cu ildə 3239, 2011-ci ildə 3941 nəfər bizim imtahandan keçməyib, amma diplom alıb. Bir neçə məzun diplomunun Bakı Menecment İnstitutuna aid olduğunu göstərib. Yəqin ki, bu institut barədə siz də eşitməmisiniz. Bizim bu siyahıda Türkiyədən köçürülmə yolu ilə institut dəyişənlər yoxdur, daha çox Rusiyadan, Qazaxıstandan köçürülənlər var».

Təhsil Nazirliyinin sözçüsü Bayram Hüseynzadə dedi ki, son iki ildə nazirin əmri ilə köçürülmələr dayandırılıb:

«Düzdür, ekspertlər deyirlər ki, tələbələrin hüququ pozulur. Amma bu köçürülmələr təhsilə müəyyən nöqsanlar gətirir deyə, bundan imtina eləmişik. TQDK-nın açıqladığı rəqəmlərə gəlincə, son illərdə ölkədə Rusiya institutlarının bəzi filialları bağlanıb, orda oxuyan tələbələr məhkəmə qərarı ilə başqa ali məktəblərə köçürüldülər. Nazirlik də çalışdı ki, bu tələbələrin hamısı özəl ali məktəblərə köçürülsün».

Təhsil məsələləri üzrə ekspert Əlövsət Osmanlı isə dedi ki, bir abituriyent TQDK-nın xətti ilə 100 bal toplayıb, testdən keçmirsə, sonradan isə səsi 500 bal tələb edən fakültədən gəlirsə, təhsilin keyfiyyətindən necə danışmaq olar?
XS
SM
MD
LG