Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 12:02

Aprel aksiyalarından 1 il ötdü [Video]


2 Aprel flashmobu...
Gözlə
Embed

No media source currently available

0:00 0:01:19 0:00
Direct-ə keçid

2 Aprel flashmobu...

«Uşaqlar deyirlər ki, atamızla fəxr edirik».

Ataları ilə fəxr edən 12 yaşlı Hüseyn, 10 yaşlı Əhəddir. Yaşyarımlıq Mustafa isə atasının üzünü düz əməlli görməyib... Hüseynlə Əhəd isə bu ismarışı həbsxanadakı atalarına göndərirlər. Xalq Cəbhəsi Partiyasının üzvü, İctimai Palatanın 2 aprel aksiyasından sonra 1 il 6 aylıq azadlıqdan məhrum edilən Babək Həsənova. Dekabrdan bəri uşaqlar atalarının görüşünə gedə bilmirlər. Anaları İlahə Həsənova belə deyir:

«Axırıncı dəfə dekabrda getdik yanına. Ramanadakı həbsxanada olanda asan idi. Sonra 14-cü «kolon»a köçürüldü. Ondan bəri apara bilmirəm, ora çox uzaqdır. Demək olar ki, 3-4 aydır görüşmürlər. Təbii ki, darıxırlar. Atalarını çox istəyirlər. Bir-iki dəfə deyiblər, «ataya de ki, fəxr edirik». Təcridxanada olanda lap çox darıxırdılar. Görmürdülər. Amma indi həftədə bir dəfə telefonla danışa bilirlər».

«ƏFVƏ BALACA UŞAQ İNANMIRSA, BİZ NECƏ İNANAQ?»

İlahə xanım deyir ki, Babəksiz onlara çox çətindir. Günəşli qəsəbəsində kirayədə yaşayan, uşaqlarına görə işləməyən, kənardan gəliri olmayan ana - İlahə Həsənova maddi çətinliklərin, sıxıntıların üstündə dayanmır:

«Həmişə yaxşı dolanmaq olmur ki. Bu da müvəqqəti problemdir. Keçər gedər. Həbsi faciə də deyil. Hər halda ailə başçısının evdə olmağı daha yaxşıdır. O ki qaldı əfv fərmanına, onun azad olunmasına inanmırdıq. Hərdən uşaqlar dəcəllik edəndə deyirəm ki, atanıza çatdıracam.
Əli Kərimli
Əli Kərimli
Onlar da cavabında deyirdilər ki, atanı elə dekabrda da buraxırdılar, nə oldu? Martda da gəlməyəcək. Balaca uşaq buna inanmırsa, biz necə inanaq?».

2 aprel aksiyasından 1 il ötür. 2010-cu il parlament seçkilərindən narazıların birləşdiyi İctimai Palata 1 il öncə aksiya keçirdi. Ölkədə dəyişikliklər tələb etdilər. Bundan sonra 10-dan artıq müxalifətçi həbs edildi.

«BU HÜQUQ İLLƏRDİ QADAĞAN EDİLMİŞDİ»

«Cəsarətli insanlar 1 il öncə azadlıq tələbiylə meydana çıxdılar. Baxmayaraq ki, bu hüquq illərdi Azərbaycanda qadağan edilmişdi». AXCP sədri Əli Kərimli belə deyir:

«Çox təəssüf ki, ötən bir ildə əqidəli insanlar vicdan məhbusu həyatı yaşayıblar. Onların özləri, ailələri bir ildə məhrumiyyətlər yaşayıblar. Bu məhrumiyyətləri müxalifət düşərgəsi də bir ildə bölüşüb. Şüurlu şəkildə bu yolu seçmişik və Azərbaycanın xilasınadək bu, davam edəcək».

«ONLAR AZADLIQLARI VƏ LƏYAQƏTLƏRİ UĞRUNDA HƏBSDƏDİRLƏR»

«2 apreldə azadlıqdan məhrum olunanlar nahaq yerə həbs edilməyiblər». Müsavat Partiyası başqanı İsa Qəmbər belə deyir:

İsa Qəmbər
İsa Qəmbər
«Onlar Azərbaycanın azadlığı uğrunda, öz azadlıqları və ləyaqətləri uğrunda həbsdədirlər. 2 aprel aksiyası son illərin ən möhtəşəm etiraz aksiyalarından oldu. Təəssüf ki, hakimiyyət kobud polis qüvvəsi ilə aksiyanın qarşısını aldı. Yüzlərlə insan həbs edildi. Sonradan onlardan bir neçə nəfər başda Arif Hacılı olmaqla uzunmüddətli həbs cəzası aldılar. Onlardan 13 nəfəri vicdan məhbusu kimi həbsdədir. Hesab edirəm ki, 2011-ci ildə dünyada demokratik dalğanın yeni mərhələsi başladığı zaman Bakıda da etiraz aksiyalarının keçirilməsi Azərbaycanı dünyanın gündəminə gətirdi».

ZAHİD ORUC: «SANKSİYALAŞDIRILMAMIŞ AKSİYALAR YENİ MƏHBUSLAR DOĞURACAQSA, İMTİNA ETMƏK LAZIMDIR»

İqtidaryönlü Ana Vətən Partiyasının sədr müavini, deputat Zahid Oruc isə aprel aksiyalarını «beynəlxalq küləklər»lə bağlayır. Amma başlıca səbəb onca başqadır:

«Düşünürəm ki, aprel aksiyalarının başlıca səbəbləri prezidentin elan etdiyi siyasətə bağlıydı. Korrupsiyaya qarşı mübarizənin daha geniş miqyas aldığını görən müxtəlif qüvvələr bu prosesi tormozlamaq üçün ayrı-ayrı təbəqələri, gəncləri hərəkətə gətirdilər. Amma belə mövqe hasil olmasın ki, mən aprel aksiyalarında həbs olunanların həbsxanada qalmasını istəyirəm.
Zahid Oruc
Zahid Oruc
Onların hamısına «Allah qapılarını açsın» deyirəm. Amma sanksiyalaşdırılmamış aksiyalar yeni məhbuslar doğuracaqsa, ənənəvi aksiyalardan imtina etmək lazımdır».

Aprelin 2-də aprel məhbuslarından Əhəd MəmmədliTural Abbaslının qapıları döyülüb. Yaxınları həbsxanada olublar. Ruqiyyə Məmmədova qardaşı oğlu Əhədlə Turalın 1 il öncə baş verənləri gül-gülə yada saldıqlarını deyir:

«Yaxşıdırlar. Danışırlar-gülürlər, onların enerjisi bizə keçir. Onların yanına gedəndə biz də dincəlirik. Elə onu danışırdılar ki, martın 30-da onları necə izləyiblər. Tural deyirdi ki, məni bu vaxt tutmuşdular, artıq həbsdəydim. Əhəd deyirdi ki, mənim həbsimə var, 5-in yarısında saxladılar. 2 apreli də yada saldılar əlbəttə...».

Aprel aksiyalarında 13 nəfər həbs olunub. Onlardan indiyədək 2 nəfər azadlığa çıxıb. Biri səhhətinə görə, o biri isə əfvə düşüb.
XS
SM
MD
LG