Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 09:36

Vasif Talıbov süni mayalanmanın vacibliyindən danışdı


Vasif Talıbov
Vasif Talıbov
-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisinizsə, «Şərq qapısı» qəzetini oxuyun!

Sayı: 31(20.436) 16 fevral 2012


MEŞƏ ÇOXDURSA, TƏLƏF ETMƏ, AZDIRSA, QORU, YOXDURSA, ƏK

Azərbaycan təbiətinin vurğunu olan akademik Həsən Əliyev deyirdi ki, “Meşə olmayan yerdə nə torpaq, nə su, nə də məhsul ola bilər...” Meşələr ona dediyimiz doğma təbiətin yaşıl tacıdır. Bu yaşıl sərvət yurdumuzun var – dövlətidir.
...Lakin, bu vəzifə təkcə dövlətin ayrı – ayrı qurumlarının işi deyil, ümumxalq işi olmalıdır. Bütün ictimaiyyət bu işdə fəallıq göstərməlidir. Çünki, hər kəs bilməlidir ki, salınan yaşıllıqlar hər birimizin mənafeyinə xidmət edir və bütün sakinlərin sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin edilməsinə yönəlib.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilin bütün fəsillərində olduğu kimi, qış mövsümündə də öz işlərini davam etdirir, monitorinqlər keçirir, yaşıllıqlara antropogen və digər təsirləri öyrənirlər.
...Ötən illərin təcrübəsi bu tədbirlərin faydalı olduğunu göstərir. Son nəticədə isə meşələrimiz qorunmuş olur, onların sahəsi ildən – ilə genişlənir.

NAXÇIVAN MUXTAR RESPUBLİKASI DÖVLƏT BAYTARLIQ XİDMƏTİNDƏ MÜŞAVİRƏ KEÇİRİLMİŞDİR

Fevralın 15-də Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətində muxtar respublikada baytarlıq xidmətinin vəziyyəti, görülmüş işlər və qarşıda duran vəzifələrlə əlaqədar səyyar müşavirə keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov səyyar müşavirədə çıxış edərək demişdir: Daxili bazarda məhsul bolluğunun yaradılması, əhalinin zəruri ərzaq məhsullarına olan tələbatının daha dolğun şəkildə ödənilməsi, yaradılmış yeni emal müəssisələrinin xammalla təchiz olunmasında müstəsna əhəmiyyət daşıyan kənd təsərrüfatının, eləcə də onun aparıcı sahəsi olan heyvandarlığın inkişaf etdirilməsi muxtar respublikamızda daim diqqət mərkəzində saxlanılır. Təsadüfi deyil ki,
Azərbaycanda ilk dəfə olaraq aqrar islahatların aparılmasına, o cümlədən zərərlə işləyən kolxoz və sovxozların mal – qarasının özəlləşdirilməsinə ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında məhz muxtar respublikamızda başlanılıb.
Süni mayalanma işini genişləndirmək məqsədilə keyfiyyətli toxum bankı yaradılması, süni mayalanma işinin növbəti illərdə daha intensiv şəkildə həyata keçirilməsi üçün mütəxəssislərin hazırlanmasına xüsusi diqqət yetirilməsinin vacibliyini qeyd edən Ali Məclisin sədri bildirmişdir ki, daha yüksək nəticələr əldə etmək və təcrübə mübadiləsi aparmaq məqsədilə mütəxəssislərin kurslara göndərilməsi təşkil olunmalıdır.
Ali Məclisin sədri tapşırmışdır ki, baytarlıq xidmətinin yaxşılaşdırılması məqsədilə iş qrafikinə, Tədbirlər Planına uyğun olaraq, il boyu baytarlar tərəfindən tədbirlər həyata keçirilsin. Belə mühüm tədbirlərdən biri də dezinfeksiya işlərinin vaxtlı – vaxtında aparılmasıdır.

DİGƏR MƏQALƏ BAŞLIQLARI:

- Dövlət Proqramı yeni uğurlara stimul verəcək
- Babək rayonunda hərbi rəhbərliyin və fiziki tərbiyə müəllimlərinin fəaliyyəti müzakirə edilib
- Culfa şəhərində istiliklə bağlı heç bir problem yoxdur
XS
SM
MD
LG