Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 09:30

Rusiya məmurlarının avtomobil, kater və vertolyot maraqları


Dmitriy Medvedevin «Pobeda»sı
Dmitriy Medvedevin «Pobeda»sı
Rusiyada hökumət üzvlərinin və senatorların ötənilki gəlirləri və əmlakları haqda məlumat dərc olunub. «Forbes» yazır ki, məmurların az qala hamısının avtomobili var.
Nəinki avtomobili hətta bahalı kater, «kvadrosikl» (4 təkərli motosikl), qar motosiskl (sneqoxod) sahibi olanlar da az deyil. Prezident müşaviri Mixail Abızov «varlığa nə darlıq» deyib özünə hətta vertolyot alıb.

Rusiyada yüksək vəzifəli şəxslərin veteran sovet avtomobillərinə xüsusi marağı var. İndiki prezident Dmitriy Medvedev ötən il «Pobeda»sının yanına «Volqa» (QAZ-21) əlavə edib. Baş nazir Vladimir Putinin də «Volqa»sı var və hətta 2 ədəd.

Ən nadir avtomobilə – məşhur sovet maşını olan ZİM-ə (QAZ-12) isə Sergey Shoygu sahibdir.

Amma orijinallığına görə prezident müşaviri Yuriy Laptevə çatan olmaz. O müharibədən sonra istehsal edilən ilk sovet maşınlarından birində - QAZ 67B-də gəzir.

Rəsmilər arasında ən populyar xarici maşın markası "Mercedes"dir. Bəzi hallarda "Audi", "Toyota" və "Volkswagen" ilə kifayətlənən adlara rast gəlinir. Ən nadir markalardan biri "Porsche"dir. Digər bahalı xarici markalar da var, məsələn, siyahıda 2 "Bentley" sahibi də var. Biri baş nazirin müavini Aleksandr Xloponindir (gəlir deklarasiyasına görə, o məmurlar arasında ən varlısı sayılır), o biri isə prezident dəftərxanasının rəhbəri Marina Entaltsevonındır.

Vladimir Putinin 1956-cı il istehsalı olan QAZ 21 avtomobili
Vladimir Putinin 1956-cı il istehsalı olan QAZ 21 avtomobili
Məmurlar arasında cəmi bir neçə nüsxədə istehsal edilən avtomobil sahibləri də var. Məsələn, prezident müşaviri Mixail Abızovun xanımının "Aston Martini"-si buna misaldır və ya təbii ehtiyatlar naziri Yuriy Trutnevin "Maseratti"si, ya da senator Suleyman Kerimovun "Bugatti"si.

İndi də gələk su nəqliyyatına. Prezident köməkçisi Konstantin Chuychenkonun çox bahalı hard-top kateri var – "GrandezzA 27CA". Prezidentin başqa köməkçisi Oleg Markovun isə kiçik "flotiliyası" var – «Bella», «Kazanka» və «Akvador» markalı 3 qayıq.

Rəsmilərdən 2 təkərli nəqliyyata üstünlük verənlər də az deyil. Maraqlısı odur ki, onların zövqu ancaq 2 motosiklet istehsalçısı ilə məhdudlaşır "BMW" və "Harley-Davidson".

Sən necə düşünürsən? Azərbaycan məmurlarının da gəlir bəyannaməsi açıqlansaydı rus həmkarları ilə dəbdəbə rəqabətində necə görünərdilər?

Sayta hazırladı: Şahnaz Bəylərqızı
XS
SM
MD
LG