Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 20:21

İdrak Abbasov yenidən hədə mesaj və zəngləri aldığını deyir


İdrak Abbasov döyülməsi barədə danışır
Gözlə

No media source currently available

0:00 0:03:52 0:00
Direct-ə keçid

İdrak Abbasov döyülməsi barədə danışır

-

Sulutəpədəki qarşıdurma zamanı xəsarət alan və hazırda xəstəxanada müalicə olunan İdrak Abbasov aprelin 19-da hədələndiyini deyib.

Bu haqda jurnalist AzadlıqRadiosunun «İşdən sonra» proqramına danışıb.

«Bir qədər əvvəl mənə qapalı, bilinməyən nömrədən zəng gəldi. Həmin şəxs adının Kərim olduğunu dedi. Mən Binəqədi rayon Polis İdarəsində Kərim adlı bir nəfər tanıyıram, ya o idi, ya da başqası onun adından istifadə etdi. Hədə tonunda danışırdı, guya günah məndə olub. Düzü, qorxdum və halım da pisləşdi. Həkimlər yardım etdilər. Amma yenə də yaxşı deyiləm».

İdrak Abbasov həmçinin ailəsinin təhlükəsizliyinə görə narahatdır. O, aprelin 19-da ailəsinin qorunması üçün rəsmi qurumlara müraciət etdiyini də deyib:

«Evimizin ətrafında şübhəli maşınlar dolaşır. Evdəkilər də qorxurlar. Müxtəlif hədə-qorxular edilir, mesajlar göndərilir. Mən Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət edəndən sonra deyiblər ki, səni harada döyüblər?..».

İdrak Abbasov hələ də bədənində ağrılar hiss etdiyini, vaxtaşırı ona ağrıkəsici iynələr vurulduğunu bildirib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov isə AzadlıqRadiosuna deyib ki, aprelin 18-də Sulutəpə qəsəbəsində baş verənlərlə əlaqədar araşdırma aparılır:

«İdrak Abbasov şikayət etdi-etmədi, araşdırma aparılır və bu hadisəyə hüquqi qiymət veriləcək. O ki qaldı, polis əməkdaşının hədə-qorxu gəlməsinə, bu, inandırıcı görünmür. Onu hədələmək polisin nəyinə lazımdır».
XS
SM
MD
LG